vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
17:08 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 1285 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lyudmila Putinadan orijinal protest

Putinin keçmiş arvadı Ukrayna bayrağı rəngində libas geyinib

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Putina (indi Lyudmila Narusova) üzərində Ukraynanın dövlət bayrağının rəngləri olan parçadan geyindiyi kostyumla diqqət mərkəzinə gəlib və onun şəkli dünən internetdə demək olar, rekord həddə izlənib.

Müşahidəçilərin fikrincə, bu, keçmiş birinci ledinin 30 il bir yerdə yaşadığı ərinə açıq etirazının göstəricisidir. Keçən ildən boşanma xəbərləri yayılan Putinin boşanması isə rəsmən təsdiqlənib. Rusiya Federasiyasının rəsmi saytında «Rusiya prezidentlərinin bioqrafiyası» bölümündə dəyişikliklər edilib. Dəyişikliklərdən sonra Vladimir Putinin həyat yoldaşı Lyudmila haqqında məlumatlar yığışdırılıb. 

Dövlət başçısının mətbuat katibi Dmitri Peskov buna belə aydınlıq gətirib: «Bu o deməkdir ki, boşanma baş tutub». 

İndi Kremlin saytındakı Vladimir Putinin bioqrafiyasında yalnız qızları Mariya və Katerina haqqında məlumat qeyd edilib («Bizimyol.info»).