vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
20:50 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 1500 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NATO-dan Tiflisə zərbə...

Rasmussen: «Gürcüstanın atdığı addımları dəyərləndiriləcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın NATO-ya üzv olması barədə danışmaq hələ çox tezdir.

ANS PRESS-in məlumatına görə, bu barədə alyansın baş katibi Anders Foq Rasmussen NATO ölkələrinin xarici işlər nazirlərinin iclasında bəyan edib.

Rasmussen bu ilin iyun ayında NATO xarici işlər nazirlərinin Gürcüstan və digər ölkələrin alyansa üzv olması ilə bağlı prosesi növbəti dəfə nəzərdən keçirəcəyini deyib.

«Gürcüstandakı demokratiyanı dəstəkləyirik. Lakin bu ölkənin NATO-ya üzv olması barədə danışmaq hələ tezdir. NATO-nun sentyabrın 4-5-də Uelsdə keçiriləcək sammitində Gürcüstanın alyansa üzv olması istiqamətində atdığı addımları dəyərləndiriləcək. Onu deyə bilərəm ki, əməkdaşlıq etmək üçün geniş imkanlarımız var», - deyə Rasmussen bildirib.

Baş katib Gürcüstandakı demokratik islahatları alqışlayıb və Gürcüstan hərbçilərinin NATO-nun hərbi əməliyyatlarında iştirak etdiyinə görə rəsmi Tiflisə təşəkkür edib.