vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
01:11 | 20 iyul 2024 | Şənbə Məqaləyə 159 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Heç nə dəyişməyəcək”

“İstər Bayden olsun, ya Harris, yaxud ifrat solçu demokrat”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın ən yaxın məsləhətçilərindən biri olan Ceyson Miller AFP-yə deyib ki, əgər prezident Co Bayden demokratların təzyiqi altında yarışdan geri çəkilərsə, Trampın kampaniyası “köklü şəkildə dəyişməyəcək”.

Miller Respublikaçılar Partiyasının Miloukidəki qurultayındakı çıxışında “Əhəmiyyətli heç nə dəyişməyəcək. İstər Co Bayden, istər Kamala Harris, istərsə də başqa bir ifrat solçu Demokrat olsun, onların hamısı iqtisadiyyatımızı məhv etmək və sərhədlərimizi sökmək üçün məsuliyyət daşıyır, – deyib.

Miller, Trampın seçki mitinqində sui-qəsd cəhdindən sağ çıxmasından bir neçə gün sonra çıxışının “Co Bayden haqqında” deyil, “Prezident Tramp və ölkəyə baxışı haqqında” olduğunu bildirib.

Miller, çıxışın “çox həyəcanlı olacağını” izah edib: “Prezident Tramp Amerikanın necə sağalması və ölkəni öz vətəndaşları üçün əlverişli və təhlükəsiz edə biləcəyi ilə bağlı öz vizyonunu təqdim edəcək”.

O, həmçinin qeyd edib ki, Tramp şənbə günü damda silahlı şəxsin ona atəş açması, yaralaması və mitinq iştirakçısını öldürməsi ilə bağlı “şəxsi” təcrübəsindən danışacaq.