vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
12:49 | 5 aprel 2014 | Şənbə Məqaləyə 1477 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əliyev-Ərdoğan görüşünün gizli detalları

Türkiyə baş nazirinin xahişinə Azərbaycan prezidentinin cavabı nə olub?

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya bir günlük səfəri türk mətbuatında «sürpriz səfər» kimi qiymətləndirilib.

Avropa.info xəbər verir ki, türk mətbuatı əsasən Azərbaycan prezidenti İlham Əliyevlə, Türkiyənin  baş naziri Ərdoğanın mətbuat konfransındakı verdikləri mesajlara diqqət çəkib. Türkiyə mətbuatı əsas diqqəti  liderlərin «hizmət» hərəkatı və «camaat»a məxsus təhsil müəssisələrinin bağlanıb-bağlanmayacağı ilə bağlı açıqlamalarına çəkib.

Ərdoğanın mətbuat konfransında «Azərbaycandakı «camaat» məktəblərinə yönəlik bir tələbiniz oldumu» sualına «Təbii ki, ölkələrimizdə hər hansısa sıxıntı varsa, ölkəmizi rahatsız edirsə, aramızda dəyərləndiririk» cavabı verməsi də türk mətbuatının gündəmindədir. 

Türk mətbuatı «hizmət» hərəkatı və «camaat» məktəbləri ilə bağlı  İlham Əliyevin verdiyi cavaba isə daha diqqət çəkib. «Azərbaycandakı  »camaat» məktəbləri ilə bağlı sizin fikriniz necədir?  Azərbaycanda yüksək vəzifəli məmurların vəzifələrindən alındığı bildirilir, vəzifələrindən alındılarmı?» - sualına İlham Əliyev Ərdoğanla sıx-sıx görüşdüklərini ifadə edib. «Qardaşımla görüşürəm. Müttəfiqik, qardaşıq. Münasibətlərimizə zərrə qədər zərər verəcək addımı biz qəbul etmirik, imkan vermirik. Bir-birimizin yanındayıq. Biz belə qardaşlardanıq.»

Bu arada Türkiyə mətbuatı Əliyev - Ərdoğan görüşünün gizli detallarından yazıb. Yayılan məlumatlarda bildirilir ki, Azərbaycan prezidenti ilə görüşdə baş nazir Türkiyənin güvənliyinə təhdid edildiyini bildirib. Ərdoğan İlham Əliyevdən Azərbaycandakı «camaat» məktəbləri məsələsinə önəm  verməsini xahiş edib. Prezident İlham Əliyev də, Azərbaycanın bu məktəblərlə bağlı iş apardığını bildirib.