vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
18:12 | 1 sentyabr 2024 | Bazar Məqaləyə 161 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın qisas əməliyyatı

Kurskda 24 saat ərzində 400-ə yaxın Ukrayna əsgəri öldürülüb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Müdafiə Nazirliyi dünən (avqustun 31-də) bildirib ki, son 24 saat ərzində 400 Ukrayna əsgəri həlak olub və bununla da Kursk vilayətinə hücum cəhdinin əvvəlindən həlak olan Ukrayna qüvvələrinin ümumi sayı 8200-ə çatıb.

Rusiya Müdafiə Nazirliyi, Kursk bölgəsində baş verənlərlə bağlı açıqlamasında, “Şimal Qrupu qoşunları ordunun aviasiyası və artilleriya atəşi ilə dəstəklənən Ukraynanın 6 hücumunu dəf edib. Rusiyanın “Sputnik” xəbər agentliyinin məlumatına görə, taktiki operativ aviasiya Sumı vilayətində Ukrayna əsgərlərinin və texnikasının cəmləşdiyi ərazilərdə əməliyyat keçirib.

“Son 24 saat ərzində Ukrayna qüvvələrinin itkiləri təxminən 400 əsgər, bir tank, üç zirehli transportyor və 18 zirehli texnika, o cümlədən 14 zirehli döyüş maşını təşkil edib”.

Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, Kursk istiqamətində gedən toqquşmalarda düşmən ümumilikdə 8200-dən çox əsgər, 76 tank, 36 piyada döyüş maşını və 67 zirehli transportyor, 521 zirehli döyüş maşını, 242 avtomobil, 56 top və 16 raket qurğusu itirib.

Ukrayna silahlı qüvvələri avqustun ilk həftəsində Kursk bölgəsinə daxil olub və bu, İkinci Dünya Müharibəsindən sonra Rusiyaya edilən ən böyük quru hücumu kimi qiymətləndirilir. Ukrayna qüvvələri sonrakı günlərdə Rusiya ərazisində əlavə üstünlüklər əldə edib.