vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 5 fevral 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
10:41 | 31 yanvar 2025 | Cümə Məqaləyə 154 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Zarafat deyil”

ABŞ dövlət katibi Qrenlandiya adası və Panama kanalı iddialarına açıqlıq gətirib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ dövlət katibi Marko Rubio "SiriusXM" radiosunda "The Megan Kelly Show" verilişinin qonağı olub. Rubio söhbət zamanı prezident Donald Trampın Qrenlandiya adası və Panama kanalı ilə bağlı iddialarına açıqlıq gətirib.

Dövlət katibi deyib ki, Donald Trampın Qrenlandiyanı almaq təklifi zarafat deyil. Çünki Çinin adada resursları yerləşdirmək potensialı var ki, bu da ABŞ-ın təhlükəsizliyini və enerji ixracı üçün Arktika gəmilərini təhlükə altına qoyur yollarını təhdid edir.

Tramp və Danimarka rəsmiləri arasında adanın alınması ilə bağlı danışıqların mümkünlüyü ilə bağlı Rubio deyib: “Bu danışıqlar baş tutacaq”.

Dövlət Departamenti rəhbəri ABŞ administrasiyasının Panama kanalına marağını da təkrarlayıb.

Rubio qeyd edib ki, Pekin Çin şirkətlərini adanın bir gün hərbçilərimizin istifadə edə biləcəyi ərazilərdə fəaliyyət göstərməsi üçün göndərə bilər və bu, Panamada da narahatlıq doğurur.