vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 20 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
11:27 | 6 fevral 2025 | Cümə axşamı Məqaləyə 116 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şarlatanların dövrü bitir

Ziyanlı “təbliğat maşını” Qərbin özünü uçuruma aparır

Azər NİFTİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Cəmiyyətimiz yetkindir, ağı qaradan seçməyi yaxşı bacarır. Güclü müşahidə qabiliyyətinə malikdir və perspektivi aydın görə bilir. Bu səbəbdən onu təsir dairəsinə almaq, assimilyasiya etmək asan məsələ deyil.

Cəmiyyət onun da fərqinə varır ki, gizli və separatçı məzmun daşıyan, yayılmasına irimiqyaslı vəsaitlər xərclənən “ideologiyalar” “qumarı oynadan qazanır” prinsipi ilə cəmiyyətləri, sistemləri, kütlələri, ailələri və fərdləri məhv etməyə yönəlib.

Bəşəri dəyərləri deqradasiyaya uğratmaq, mənəvi böhran yaratmaq məqsədilə silahlanmış qüvvələr ölkəmizdə də öz çirkin təbliğat ssenarisini həyata keçirməyə çalışsalar da, buna müvəffəq olmurlar. Səbəb aydındır – Azərbaycan cəmiyyəti çox böyük sınaqlardan çıxıb və həqiqətin nədən yana olması barədə müfəssəl təsəvvürlərə malikdir.

Yumşaq güc və diplomatiya yolu ilə qeyri-hökumət təşkilatları vasitəsilə nüfuz etmək istədikləri vacib cəmiyyətlərdən biri Azərbaycan cəmiyyətidir. Çünki Azərbaycan qüdrətli dövlətdir və onun rolu, iştirakı olmadan bölgəni nəzarətə almaq, onu idarə etmək mümkün deyil.

“Şeytan əlində Quran, qapı-qapı gəzir ki, guya iman, din, bəşəri dəyərləri təbliğ edir” misalındakı kimi, bu gün dünyaya şər yayan “şeytan yuvaları” ölkəmizdə qərar tuta bilmirlər. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altındakı Azərbaycan dövlətinin qətiyyətli mövqeyi onların məkrli niyyətlərinin qarşısına çox geniş sipər çəkir, mənfur niyyətləri yerindəcə məhv edilir və boğulur.

Artıq Qərbin özündə də başa düşürlər ki, bu ziyanlı “təbliğat maşını” onların özünü də uçuruma doğru yuvarladır. Məhz elə bu səbəbdən də qeyd olunan ölkələrin özündə də sistem dəyişiklikləri baş verir, praqmatik və rasional idarəçilər iqtidara yiyələnir.

Xarici yardım proqramlarını yenidən təşkil etmək və iqtisadi yardımı idarə etmək məqsədilə yaradılması elan edilən, əslində isə fəaliyyətini casusluq və gizli əməliyyatlar üzərində quran, ölkələri daxldən işğala məruz qoymağa çalışan USAİD-la bağlı ABŞ-ın yeni prezidentinin atdığı addımlar bunun bariz örnəyi və göstəricisidir.

Şarlatanların dövrü çoxdan bitib!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)