
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama boşanma şayiələrinə aydınlıq gətirdi
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
Keçən il Konqres, Çinli sahibləri onu ABŞ şirkətinə satmasa, “TikTok”un ABŞ telefonlarından silinməsini nəzərdə tutan ikitərəfli qanun layihəsini qəbul etdi. Qanunun qüvvəyə minməsi üçün son tarix yanvarın 19-u, Trampın andiçmə mərasimindən bir gün əvvəl olub.
“Punchbowl News” Kapitol Hill və Ağ Evdəki mənbələrə istinadən xəbər verir ki, prezidenti Donald Tramp vitse-prezident Ceyms Vensi və milli təhlükəsizlik üzrə müşaviri Maykl Valtsı “TikTok”u xilas etmək üçün sövdələşmənin tapılması səylərinə rəhbərlik etmək üçün təyin edib.
Səyləri ilə tanış olan bir mənbə, Vensə “TikTok-u xilas etmək üçün sövdələşməni əlaqələndirmək” tapşırıldığını söylədi. Valtsa isə qarşıya çıxa biləcək milli təhlükəsizlik məsələlərini həll etmək üçün Milli Təhlükəsizlik Şurası ilə işləmək tapşırılıb.
Bu o deməkdir ki, Vens və Valts texnologiya, diplomatiya və milli təhlükəsizlik məsələlərini araşdıraraq razılığa gəlməyə çalışacaqlar. Onlar “TikTok”u kimin əldə etdiyini və ABŞ-ın Çin tətbiqinə qadağasının aprel ayında bərpa edilib-edilməyəcəyini müəyyənləşdirməyə cavabdeh olacaqlar. Əgər razılıq əldə olunmazsa, istifadəçilərin girişinin kəsilməsi böyük nəticələrə səbəb ola bilər. Tətbiqdən təxminən 170 milyon amerikalı və milyonlarla müəssisə istifadə edir.
Bununla belə, tətbiqin Çində yerləşən sahibi “ByteDance” indiyə qədər TikTok-u satmaqdan imtina edib və hələ də dəqiq bir təklif ortaya çıxmayıb. Tramp, satış üçün son müddəti apreldə bitən 75 gün uzadan bir sərəncam verdi.
Qanuna əsasən cərimələrlə üzləşə biləcək tətbiq mağazaları tətbiqi yeni yükləmələrə təklif etmir.
Tramp bu yaxınlarda təklif etdi ki, ABŞ hökuməti ehtimal ki, yeni suveren sərvət fondu vasitəsilə proqrama sahib ola bilər. Prezident həmçinin qeyd edib ki, Çin şirkətləri hələ də proqrama müəyyən maraq göstərə bilər.