

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
Haker qrupu məsuliyyəti öz üzərinə götürdü, Mask kiberhücumları təsdiqləyir
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Respublikaçılar tərəfindən idarə olunan ştatlar federal hökumətin Hökumətin Səmərəliliyi Departamentinin kopya versiyalarını yağdırırlar.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə ilk iş günündə Hökumətin Səmərəliliyi Departamenti (DOGE) yaradılmasına göstəriş verib. Dünyanın ən zəngin adamı İlon Maskın rəhbərlik etdiyi bu “qeyri-hökumət” agentliyi müxtəliflik, bərabərlik proqramları adı altında yaradılan federal agentlikləri ləğv etmək, maliyyələrini azaltmaq və rəqəmsal modernləşdirmə layihələrini bağlamaq məqsədi daşıyır.
Yarandığı vaxtdan bir neçə həftə sonra bəzi qubernatorlar da Maskın xərcləri azaldan agentliyini təqlid edən yeni departamentlər yaratmaq başladılar. Əyalət qanunverici orqanları isə onların yaradılması üçün tədbirləri dəstəklədilər.
Oklahoma qubernatoru Kevin Stitt DOGE-OK kimi tanınan Hökumətin Səmərəliliyi Departamentini yaradıb.
Nyu-Hempşir də İlon Maskın departamentinin əyalət filialının yaradılmasını elan edib. Ştatın qubernatoru Kelli Ayotte keçən ay açılış nitqində deyib: “Biz daha az pula çox iş görmək üçün daha yaxşı yollar tapmalı olacağıq. Siyasətçilərin pul xərcləməsini dayandırmaqdan daha çətin bir şey olmadığını bilərək, mən bu gün Hökumətin Səmərəliliyi üzrə Komissiyanın və ya mənim istədiyim kimi “COGE”nin yaradılmasını elan edirəm”.
Corciya senatında əksəriyyətin ıideri Stive Quç, agentliklərdən hər dörd ildən bir daha sərfəli alternativləri qiymətləndirməyi tələb edən qanun layihəsi təqdim edib.
Quç “Atlanta Journal-Constitution”a deyib: “Tramp administrasiyasının İlon Mask ilə düzgün etdiyi şey tam olaraq ölkə daxilində hökumətin hər səviyyəsində etməli olduğumuz şeydir”.
Texasda qanunvericilər dövlət qurumları daxilində “səmərəsizliyi” aradan qaldırmağa yönəlmiş 13 üzvdən ibarət Hökumətin Səmərəlilik Təşkilatı yaratmağa ümid edirlər. Bu barədə “Fox7 Austin” xəbər verir. Qubernator müşaviri Dan Patrik DOGE layihəni əsas qanunvericilik prioritetləri sırasına daxil edib.
Cənubi Karolina qanunvericiləri Fiskal Məhdudiyyət və Hökumətin Səmərəliliyi üzrə Komissiya yaratmaq üçün qanun layihəsi təklif ediblər. Qanun layihəsini Nümayəndələr Palatasına təqdim edən mütləq çoxluğun lideri Deyvi Hiott “South Carolina Daily Gazette”ə, “Bizim Cənubi Karolinada İlon Mask yoxdur, lakin bu, Vaşinqtonda edilənlərə bənzəyir”, – deyib.
Missuri ştatında qanunvericilər əyalət hökumətinin harada ixtisar edə biləcəyini öyrənmək üçün Hökumətin Effektivliyi Komitəsi yaratdılar. Komitə sədri hətta ictimaiyyət üçün “hökumətin təkrarlanması, israfçılığı və ya səmərəsizliyi halları barədə məlumat vermək” portalı da açıb.
Demokratik azlıqların lideri Eşli Oun “KFVS12”yə xəbərdarlıq edib ki, sözdə səmərəsizliyi tapmaq səyləri siyasi xarakter daşıya bilər: “Düşünürəm ki, biz görəcəyimiz şey insanların siyasi baxımdan razılaşa bilmədikləri proqramları müəyyənləşdirmək və hədəfləməkdir”.
Ayova qubernatoru Kim Reynolds, Maskın agentliyinin yaradılmasından əvvəl Konqresdə keçirilən dinləmələrdə əyalətinin kiçik hökumətini və xərcləri azaltma səylərini yüksək qiymətləndirib. “Des Moines Register”in xəbərinə görə, Reynolds, “Ayova DOGE olmazdan əvvəl də səmərəlilik edirdi”, – deyib.