

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
Rus casusların agentlər hədəfdə olan jurnalist İŞİD üzvü kamikadzedən istifadə etmək istəyib
AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Trampın nifrət etdiyi proqnozlar
Rusiya İngiltərə səfirliyinin iki əməkdaşını deportasiya edəcək
Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Trampın nümayəndələri Ukrayna satdımı?
Təbii ki, yox. Əvvəla, Ukrayna, yaxud hər hansı digər dövlət və xalq əşya deyil ki, kimlərsə onları alıb-satsın. (Bu müstəmləkə təfəkküründən xilas olmaq lazımdır). İkincisi, ABŞ-dakı hazırkı hökumətin beynəlxalq məsələlərə standartdan kənar və qeyri-ənənəvi baxışı olsa da, onların da Ukraynanı satmaq kimi bir niyyəti olduğuna ağlabatan deyil.
Ər-Riyad görüşündə hansı nəticələr əldə olundu?
Razılaşma kimi qeyd edilən məsələlərə baxanda görmək olur ki, ortada ciddi razılaşmalar yoxdur, niyyətlər var. Necə deyərlər, tərəflər anlaşıb ki, hələ anlaşa bilmirik və bu istiqamətdə işləmək lazımdır. Təsadüfi deyil ki, görüşdən sonra Moskva birjasında indekslər düşməyə başladı. Bazar ən yaxşı indikatordur. (Tramp-Putin telefon danışığından sonra Rusiya maliyyə bazarında böyük nikbinlik yaranmışdı və səhmlər uçurdu.) Yeganə real nəticə kimi onu qeyd etmək olar ki, Moskva və Vaşinqtondakı səfirliklərin personalı kəmiyyət baxımından əvvəlki səviyyəyə çatdırılacaq.
Ukrayna niyə bu görüşdə yox idi?
Çünki bu, konkret Ukrayna probleminin həlli ilə bağlı yox, ikitərəfli münasibətlərdə mövcud olan problemlərin müzakirəsinə həsr olunmuş görüş idi.
Bəs niyə Ukrayna mövzusu gündəmə gəldi?
Çox bəsit səbəbdən: Ukrayna məsələsi ABŞ-Rusiya ikitərəfli münasibətlərində ən ciddi problemlərdən biridir, ABŞ bununla əlaqədar Rusiyaya çoxlu sayda sanksiya tətbiq edib, onunla əlaqələrini xeyli məhdudlaşdırıb. Tərəflər razılığa gəliblər ki, Ukrayna məsələsinin müzakirəsi ilə əlaqədar ayrıca danışıqlar qrupu (alt səviyyədə) yaradılsın. Bu isə ona işarədir ki, proses uzanacaq. Bunu Marko Rubio da etiraf edib.
Bir məqamı xüsusi vurğulamağa ehtiyac var ki, Putin rejimi informasiya-propaqanda işində olduqca püxtələşdiyi üçün hazırda nəinki rusdilli, hətta Qərb informasiya məkanında qalib tərəf olduğu haqda ictimai rəy formalaşdırmağa nail olub. Rusiya nümayəndələri ultimatumla danışır və özlərini şərt diktə edən tərəf kimi göstərməyə çalışırlar. Türk qardaşlarımız demşkən, alqılar və olqular arasındakı fərq itib. Bu, ABŞ tərəfinə də psixoloji təsir göstərməyə yönəlmiş danışıqlar taktikasıdır. Halbuki bu gün Zelenskinin də Ankarada dediyi kimi, müharibənin ilk günlərində, rus ordusu Kiyevin qapısının ağzında olarkən ultimatumları qəbul etməyən Ukrayna indi niyə qəbul etsin?
Ukrayna Silahlı Qüvvələri 3 il əvvəlkindən daha güclüdür, daha çoxsaylıdır və daha yaxşı silahlanıb. O, nəhəng resurslara sahib düşmənlə ötən müddətdə çox ağır döyüşlər aparmasına və böyük itkilər verməsinə baxmayaraq, döyüş qabiliyyətini qoruyur, üstəlik, 6 aydır Rusiya ərazisinin bir qismini nəzarətdə saxlayır. Ukrayna hərbi sənayesi də dirçəlib, hətta Moskvanı vura biləcək ballistik raketlərin istehsalına başlayıb. İşğalçının ultimatumlarını qəbul etmək üçün ciddi səbəb yoxdur.
Təbii ki, sülh müzakirələrində Ukrayna güzəştlərə gedəcək, amma bir şərtlə ki, güzəştlər qarşılıqlı olsun.