

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
Rus casusların agentlər hədəfdə olan jurnalist İŞİD üzvü kamikadzedən istifadə etmək istəyib
AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Trampın nifrət etdiyi proqnozlar
Rusiya İngiltərə səfirliyinin iki əməkdaşını deportasiya edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ nümayəndə heyəti ilə görüş zamanı Ukrayna probleminin həlli üçün yaxın vaxtlarda prosesin qurulması barədə razılığa gəldiklərini bildirib.
Lavrov ABŞ və Rusiya nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüşün ardınca mətbuat konfransı keçirərək, ikitərəfli əlaqələr və Ukraynada müharibənin dayandırılması məqsədini müzakirə edib.
Lavrov hər bir ölkənin öz milli maraqlarına uyğun hərəkət etməli olduğunu deyib; “ABŞ-la milli maraqlarımız hər zaman üst-üstə düşməyə bilər. Bununla belə, yarana biləcək fikir ayrılıqlarını həll etmək və xüsusilə də hərbi qarşıdurmalara səbəb olmamaq vacibdir. Yanaşmalar üst-üstə düşəndə təşəbbüsləri birləşdirmək, geopolitik və iqtisadi sahədə ortaq maraqları təmin edən layihələri həyata keçirmək lazımdır”.
ABŞ tərəfi ilə aparılan danışıqların faydalı olduğunu deyən Lavrov, “Bir-birimizi dinləməkdənsə, bir-birimizi eşitdik. Deyə bilərəm ki, Amerika tərəfi bizim mövqeyimizi daha yaxşı anlamağa başladı”, – deyib.
Danışıqlar zamanı müzakirə etdikləri mövzular və əldə etdikləri razılaşmalar barədə məlumat verən Lavrov, “Səfirlərin sürətli təyinatı mövzusunda qarşılıqlı razılığa gəldik”, – deyib.
ABŞ-ın keçmiş prezidenti Co Baydenin Rusiya diplomatik missiyalarının işinə maneələr yaratdığına diqqət çəkən Lavrov, onların aradan qaldırılması üçün ABŞ tərəfi ilə razılaşdıqlarını qeyd edib.
Rusiya üçün bank köçürmələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini vurğulayan Lavrov iki ölkə nümayəndələrinin yaxın vaxtlarda görüşəcəyini və ikitərəfli münasibətlərdəki bütün problemlərin aradan qaldırılmasını müzakirə edəcəklərini bildirib.
Ukrayna üzrə danışıqlar aparan şəxslər təyin olunacaq
Lavrov ABŞ tərəfi ilə Ukrayna böhranını da müzakirə etdiklərini bildirib: “Yaxın vaxtlarda Ukrayna probleminin həlli üçün prosesin qurulması ilə bağlı razılığa gəldik. Amerika tərəfi Vaşinqtonu kimin təmsil edəcəyini açıqlayacaq və onun kim olacağını bilən kimi dərhal prosesdə öz iştirakçımızı müəyyənləşdirəcəyik. Ukrayna üzrə danışıqlar aparacaq şəxslər müəyyənləşdikdən sonra məsləhətləşmələr başlayacaq və davam edəcək”.
Lavrov ABŞ-la münasibətlərə toxunaraq, “Danışıqlar zamanı əməkdaşlığımızın hərtərəfli bərpası və onun müxtəlif sahələrə genişlənməsi üçün lazımi şəraitin yaradılması barədə razılığa gəldik”, – deyib.
Lavrov ABŞ-la geosiyasi məsələlər, o cümlədən dünyanın müxtəlif yerlərindəki məsələlər üzrə məsləhətləşmələrə başlamaqda maraqlı olduğunu bildirib. ABŞ nümayəndə heyəti ilə görüşün iqtisadi hissəsində Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyevin də iştirak etdiyini bildirən Lavrov, “Dmitriyev, tez bir zamanda həll olunarsa, Rusiya və ABŞ-ın xeyrinə olacaq məsələlər haqqında məlumat verdi”, – deyib.
Nazir Lavrov belə bir görüşün ölkəsində keçirilməsinə şərait yaratdığına görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana minnətdarlığını bildirib.
ABŞ və Rusiyanın Ukrayna ilə bağlı 3 mərhələli plan üzrə razılığa gəldiyi iddialarına toxunan Lavrov bu məsələ ilə bağlı amerikalı həmkarlarından soruşduğunu və onlar bu məlumatın saxta olduğunu bildiriblər.
“Ukraynaya xarici qoşunların yerləşdirilməsi qəbuledilməzdir”
Xarici hərbi qüvvələrin Ukraynaya mümkün yerləşdirilməsinin əleyhinə olduqlarını bildirən Lavrov, ABŞ prezidenti Donald Trampın Ukraynanın NATO-ya daxil edilməsinin baş verənlərin əsas səbəblərindən biri olduğunu və bunun ABŞ-ın keçmiş prezidenti Bayden və administrasiyasının ən böyük səhvlərindən biri olduğunu ifadə etdiyini xatırladıb.
Rusiya prezidenti Vladimir Putinin NATO-nun genişlənməsi və Ukraynanın alyansa daxil olmasının birbaşa Rusiyanın maraqları və suverenliyinə təhdid olduğunu ifadə etdiyini də xəbər verən Lavrov, “NATO ölkələrindən Ukraynaya xarici bayraq altında, AB bayrağı altında əsgər göndərilməsi heç nəyi dəyişməyəcək və qəbuledilməzdir”, – deyib. dedi.
Qazaxıstan neft stansiyasına pilotsuz təyyarə hücumu
Ukraynanın pilotsuz uçuş aparatının (PUA) Qazaxıstan neftini daşıyan Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) aid neft nasos stansiyasına hücumunu şərh edən Lavrov, “ABŞ danışıqlar zamanı enerji obyektlərinə hücumların dayandırılmasını təklif etdi. Rusiya mülki hədəflərə hücum etmədiyini açıqladı”, – deyib.
Ukraynanın zərbəsinin Qazaxıstanın enerji infrastrukturuna hücum olduğunu vurğulayan Lavrov, “Hədəflərimizin yalnız Ukrayna ordusuna birbaşa xidmət edən obyektlər olduğunu izah etdik”, – deyib.
Bu və buna bənzər hücumların davam etməməsi lazım olduğunu qeyd edən Lavrov, “Bu hücum bu adamın (Ukrayna prezidenti Vladimir Zelenski nəzərdə tutulur – vaxt.az) və bütün komandasının ağlına gəlməli və xəbərdarlıq edilməli olduğu fikrini gücləndirməlidir”, – dedi.