vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AMERİKA  
18:11 | 19 fevral 2025 | Çərşənbə Məqaləyə 106 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DOGE-ni kim idarə edir?

“İlon Maskın rolu göründüyü kimi deyil”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp və texnoloji milyarder İlon Mask əlavə vergi tətbiqləri və federal büdcənin kəsilməsi qərarları ilə daim gündəmdədir.

Tramp, vəzifəyə başladığı ilk gündə bir sərəncam imzaladı, Hökumətin Səmərəliliyi Departamentini (Department of Government Efficiency – DOGE) yaratdı və bu departamentə federal işçiləri və xərcləri azaltmaq səlahiyyəti verdi.

Mask həmçinin Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamaq planlarında əsas rol oynayıb. USAİD əməkdaşlarına kompüterlərinə giriş qadağan edilib və məmurlar “inzibati məzuniyyətə” göndərilib.

DOGE-yə rəhbərlik edən Mask, federal qurumlardakı həssas məlumat sistemlərinə giriş tələbləri, həmçinin işçilərə “könüllü işdən çıxma” təklifi ilə mübahisələrə səbəb olur. Demokratik əyalətin on dörd baş prokuroru DOGE-nin fəaliyyətini “müvəqqəti” dayandırmaq üçün federal məhkəməyə iddia qaldırdı, lakin məhkəmə tələbi rədd etdi.

“The Washington Post” (WP) qəzeti iddia sənədlərini araşdıran hesabatında Maskın əslində DOGE ilə bağlı “heç bir rəsmi səlahiyyətə malik olmadığını” yazdı. DOGE “Konqres aktı ilə yaradılmayıb və onun nəzarətində deyil”.

Ağ Evin İnzibati İşlər İdarəsinin direktoru Coşua Fişer, işlə bağlı məhkəməyə təqdim etdiyi sənəddə Maskın Trampın “baş məsləhətçisi” olduğunu bildirib.

Tramp DOGE yaratmaq üçün Prezidentin İcra Aparatının ABŞ Rəqəmsal Xidmətlər bölməsinin adını dəyişdi. WP-nin məlumatına görə, fərmanda qeyd olunur ki, bu bölməyə “DOGE xidmət meneceri” rütbəsi olan şəxs rəhbərlik etməlidir, lakin şöbənin rəhbərinin kim olduğu bəlli deyil.

Fişerin məhkəmə ərizəsində Maskın bu titula sahib olmadığı və onun “Ağ Ev üçün işlədiyi” bildirilir. Texnoloji milyarder CEO-su olduğu “X”dəki hesabının başlığını fevralın 4-də “Ağ Ev İT dəstəyi” olaraq yenilədi.

Mask, keçən həftə Tramp ilə etdiyi açıqlamada, DOGE-nin “maksimum şəffaflıq” siyasəti ilə hərəkət etdiyini müdafiə etdi. “The New York Times” yazır ki, Ağ Evin DOGE-ni kimin idarə etdiyini açıqlamaq istəməməsi qeyri-müəyyənliyi və şübhələri daha da artırır.