vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
23:29 | 19 fevral 2025 | Çərşənbə Məqaləyə 88 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sözləri cəfəngiyatdır”

“Trampın Zelenskiyə qarşı şərhləri “yanlış və təhlükəlidir””

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski haqqında dediklərini “yanlış və təhlükəli” adlandırıb.

Almaniya kansleri “Der Spiegel” jurnalına, “Zelenskinin demokratik legitimliyini inkar etmək sadəcə olaraq yanlış və təhlükəlidir”, – deyib.

“Vladimir Zelenski Ukraynanın seçilmiş prezidentidir. Müharibə şəraitində düzgün seçkinin keçirilə bilməməsi Ukrayna konstitusiyasına və seçki qanunlarına uyğundur. Heç kim bunun əksini iddia etməməlidir”, – deyə Şolz bildirib.

Ukraynada müharibəni prezident Vladimir Putinin dövründə Rusiyanın başladığını bildirən Şolz, “Ukrayna üç ilə yaxındır ki, Rusiyanın təcavüzünə qarşı özünü müdafiə edir”, – deyib.

***

Xarici işlər naziri Annalena Birbok da Trampın şərhlərini qəti şəkildə rədd edərək, ZDF televiziyasına, “Bu, tamamilə cəfəngiyatdır”, – deyib.

“Əgər siz real dünyaya baxsanız və sadəcə tvit yazmaqla kifayətlənməsəniz, Avropada təəssüf ki, diktatura şəraitində yaşamalı olan insanların kimlər olduğunu bilirsiniz. Bunlar Rusiyada, Belarusda olan insanlardır”, – Birbok deyib.

Ukraynalıların hər gün azad demokratiyaları üçün mübarizə apardıqlarını ifadə edən nazir, "Biz avropalılar olaraq, demokratiyamızı birlikdə təmin edə bilməmiz üçün Avropa Birliyinə gedən yolda onları dəstəkləyirik, – deyib.

ABŞ prezidenti Donald Tramp Zelenskini ölkəsində seçki keçirmədiyinə görə tənqid edərək, “Seçki keçirməyən diktator Zelenski, tez davransa yaxşı olar, yoxsa ölkəsini itirəcək” deyib.