

DBS bankı texnologiya üçün əlavə 1000 yeni vəzifə təsis edəcək
İsveç uçot dərəcəsini son 14 ilin maksimumuna qaldırdı, Türkiyə isə əksinə
Kreditə üz tutanların sayı artıb
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
Bağlanmış banklarda dollar kreditləri üzrə prezidentin fərmanı niyə icra olunmur?
Dərəcələrin artmasını şərtləndirən xərc, risk və digər mənfi amillər ...
Borclu sahibkarları tutduran, hədə ilə daşınmaz əmlaklarını əllərindən dəyər-dəyməzə alan bank qanunu pozaraq rəqəmlərini şişirdir
“İkinci yerdə banklardır”
Uzadılma ehtimalı getdikcə azalır, əmanətçilər başlarına çarə qılır
Bunun bankların nə vaxt bağlanması ilə nə əlaqəsi var?
… Yaxud qanunsuz bank fəaliyyəti
“Fominov Konsalting” şirkəti bir sıra iri banklarda ciddi iş aparır
Bankın daha bir fırıldağı üzə çıxdı, Zərbəliyev kampaniyada aldadılıb
Palata valyutadəyişmə məntəqələri ilə mənasız qərarını gec də olsa dəyişdirdi
Palata: «Defoltla bağlı təhdidlər mövcud deyil»
Vüsal Qasımlı: «Bu addım bank sektorunu böhrandan çıxaracaq»
Depozit faizləri kəskin artdı. Qorunan faizlər dəyişəcəkmi?
Son zamanlar əmanət, xüsusən də xarici valyutada depozit faizlərində kəskin artımlar müşahidə olunur. Sistem əhəmiyyətli banklarda ABŞ dollarında əmanət üzrə illik faizlər 4.5 faizədək yüksəlib. Hətta nəinki illik depozit faizləri, hətta 3 aylıq faizlər belə 3.0 faizədək artıb. Burada diqqəti çəkən əsas məqamlardan biri odur ki, banklar artıq depozitlərə sığortalanan faizlərdən daha çox gəlir təklif edirlər. Bu isə təbii ki, qorunmayan depozitlərin həcminin artmasına səbəb olacaq.
Qanunvericiliyə əsasən, hazırda hər bir iştirakçı bankda 100 min manatadək depozitlər sığortalanır. Qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada 12.0, xarici valyutada isə 2.5 faizdir.
Göründüyü kimi, xarici valyutada qorunan əmanətlərin maksimum faiz dərəcəsi 2.5 faiz olsa da belə hazırda əksər banklarda həmin əmanətlər üzrə depozit faizi 5.0 faizə çatmaqdadır. Bu isə o deməkdir ki, qorunan əmanət faizindən yüksək depozit gəliri təklif edən vəsait məbləğindən asılı olmayaraq sığortalanmır. Yəni, bank müflis olarsa o əmanətlər geri qaytarılmır.
Bu arada, cəmi depoztilərin həcmi 2025-ci ilin yanvar ayının sonuna əvvəlki ay ilə müqayisədə 40 milyard 270 milyon manatdan 40 milyard 175 milyon manatadək azalıb. Azalma qeyri-maliyyə təşkilatlarının yerləşdirdiyi depozitlərin müvafiq dövrdə 22 milyard 532 milyon manatdan 21 milyard 756 milyon manata düşməsi ilə bağlıdır.
Maraqlıdır ki, əgər banklarda izafi vəsaitlər, yəni resurs artıqlığı varsa, o zaman niyə bahalı depozit siyasəti həyata keçirilir? Əslində depozit faizlərindəki artımlar banklardakı izafilik deyil, əksinə vəsaitə tələbin olmasından xəbər verir. Bu isə kredit bazarı üçün yaxşı siqnal deyil.