

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
ABŞ Dövlət Departamenti rəsmi internet saytındakı “ABŞ-Çin münasibətləri” başlıqlı səhifəsində Donald Tramp administrasiyasının prioritetlərini əks etdirən açıqlama və məlumatlarda dəyişikliklər edib.
Dəyişikliklərlə internet saytında ABŞ-Çin iqtisadi əlaqələrini müzakirə edən bölmə iki ölkə arasındakı xarici ticarət kəsirinə diqqət yetirmək üçün genişləndirilib, Çinə qarşı müttəfiqlərlə birgə hərəkətə dair bəyanatların yer aldığı bölmə isə çıxarılıb.
İqtisadi əlaqələr bölməsində Çinin “ən məhdudlaşdırıcı investisiya şərtlərinə malik ölkələrdən biri” olduğu bildirilib və Amerika iş dünyasının Çində iş görmək və sərmayə qoymaqda üzləşdiyi çətinliklər və bu mövzuda narahatlıqları qeyd edilib.
Çin və ABŞ arasında Vaşinqtona qarşı yaranan xarici ticarət kəsirinə işarə edən hissədə aşağıdakı açıqlamalar verildi: “Çin məcburi əmək və subsidiyalar kimi ədalətsiz ticarət təcrübələrinə əl ataraq, Amerika şirkətlərini əlverişsiz vəziyyətə salır və onları Çinin insan haqlarının pozulmasına şərik edir”.
Nazirlik internet saytında Pekin administrasiyasını təsvir etmək üçün istifadə etdiyi “Çin Xalq Respublikası” ifadəsindən də imtina edib və ölkənin adını “Çin” kimi yazmağa başlayıb.
“Biz öz maraqlarımızı və dəyərlərimizi (Çinə qarşı) qorumaq üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla yaxından işləyəcəyik” İfadəsi, “Biz bərabərlik və qarşılıqlılıq prinsiplərinə əməl edəcəyik” ifadəsi ilə əvəz edilib.
Birləşmiş Millətlər Təşkilatı orqanlarının iddia edilən “manipulyasiyası”
Nazirlik həmçinin Çinin ABŞ dövlət qurumlarına və kritik infrastruktura qarşı kiber fəaliyyətinə qarşı mübarizə aparmaq və bu ölkənin hərbi məqsədlər üçün ABŞ-dan qabaqcıl texnologiyalar əldə etməsinin qarşısını almaq zərurəti ilə bağlı bəyanatlarını yeniləyib.
Sayt ABŞ-ın sənaye bazasını gücləndirməli və süni intellekt kimi texnologiyalarda liderliyini qorumalı olduğunu vurğuladı.
Sayt Çinin beynəlxalq təşkilatlardakı rolu ilə bağlı bölməni genişləndirərək iddia edib ki, ölkəyə rəhbərlik edən Çin Kommunist Partiyası (ÇKP) öz üzvlərini BMT və digər beynəlxalq təşkilatlarda rəhbər və digər vəzifələrə təyin etməklə bu təşkilatları manipulyasiya etməyə və öz məqsədlərindən yayındırmağa çalışır.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Pekində keçirdiyi mətbuat konfransında bir suala cavab olaraq, ABŞ Dövlət Departamentinin etdiyi dəyişikliklərin “faktları təhrif edir, Çinin xarici siyasətinə böhtan atır və Çin-ABŞ strateji rəqabəti uydurmasını alovlandırır” və bu mövqeyə qarşı olduqlarını və Vaşinqton administrasiyasını qınadıqlarını bildirib.
Trampın Çin siyasəti
Dəyişikliklərin ABŞ prezidenti Donald Trampın yeni administrasiyasının siyasət prioritetlərini əks etdirməsi diqqət çəkib.
Tramp Çinlə iqtisadi rəqabət strategiyasında tariflərdən istifadə etməklə ABŞ-a investisiya cəlb etməyi, yerli istehsal sənayesini canlandırmağı və iqtisadi təhlükəsizliyi təmin etməyi hədəfləyir.
Çinin dövlət tərəfindən dəstəklənən sənaye siyasətinin ədalətli rəqabətə zərər verdiyini və Amerika istehsalçılarını dezavantajlı vəziyyətə saldığını müdafiə edən Tramp, bu siyasəti balanslaşdırmaq üçün gömrük rüsumlarının artırılması lazım olduğunu vurğulayır.
“Öncə Amerika!” şüarı ilə ABŞ-ın müttəfiqlik öhdəliklərini tənqid edən və müttəfiqlərindən müdafiəyə daha çox töhfələr gözləyən Tramp Çinə qarşı ABŞ-ın Asiya-Sakit Okean bölgəsindəki tərəfdaşları ilə birgə işləməyi prioritet hesab edən keçmiş prezident Co Baydendən fərqli olaraq Pekinlə münasibətləri ikitərəfli və qarşılıqlı münasibətlər kimi görməyə üstünlük verir.