vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
20:16 | 20 fevral 2025 | Cümə axşamı Məqaləyə 79 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vaşinqton, Moskva və Pekin üçbucağı

Ukrayna müharibəsinin təsiri – ABŞ-Rusiya yaxınlaşması Çini narahat edir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna müharibəsinə son qoymaq üçün ABŞ və Rusiya arasında əlaqənin bərpası Çini narahat edir. Amerika mediası CNN yazır ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə dialoqu bərpa etməklə “ABŞ-ın illərlə formalaşmış xarici siyasətini alt-üst edib”.

Bu vəziyyətin Çin lideri Si Cinpinin Vaşinqton və Moskva ilə münasibətlərinə təsir edəcəyi qaçılmazdır.

Tramp təxminən bir ay əvvəl verdiyi açıqlamalarda Ukrayna müharibəsini dayandırmaq üçün Çinin dəstəyinə ehtiyac olduğunu bildirib. O, Pekinin Rusiyaya təsirinin münaqişənin sona çatması üçün vacib olduğunu bəyan edib.

Bununla belə, son hadisələrlə Pekinin Rusiyanın müttəfiqi və qlobal güc kimi sülh danışıqlarından kənarda qaldığı bildirilir.

Yazılır ki, Vaşinqton Kremllə əlaqələrini gücləndirməklə Rusiyanın İran, Şimali Koreya və Çinlə münasibətlərini zəiflətməyi hədəfləyə bilər. Digər tərəfdən, Rusiya ilə Çin arasında münasibətlərin xüsusilə dərin olduğu və Vaşinqtonun burada istədiyini ala bilməyəcəyi bildirilir.

Şanxaydakı Şərqi Çin Normal Universitetindən Yu Bin bəzi şərhləri paylaşır: “Çin-Rusiya münasibətləri özünəməxsus xüsusiyyətlərə malikdir, güclü təməl və xüsusilə son on ildə qurulmuş institusional əlaqələrdir”.

Yu qeyd edir ki, ABŞ və Rusiya arasında razılaşma əldə olunarsa və Ukrayna müharibəsi başa çatarsa, Vaşinqton diqqətini Pekinə cəmləyə bilər.

Keçən ay ABŞ-ın müdafiə naziri Pit Heqset Tayvan məsələsinə toxunaraq, “Çinin Hind-Sakit Okean bölgəsindəki təcavüzü ilə mübarizə aparmağı hədəflədiklərini”, – deyib.

Trampla Putin arasında yaxınlaşma əlamətləri Ukrayna və Avropa ölkələrində prosesdən kənarda qalmaqla bağlı narahatlıqlar yaradır.

Çin Ukraynadakı sülh danışıqlarından tamamilə kənarda qalmamaq üçün Avropa ölkələrinə göz yumaraq prosesdə bütün tərəflərin rol oynamalı olduğunu”bəyan etmişdi.