

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Kanadanın mümkün baş naziri Mark Karni kimdir?
ABŞ-ın 47-ci prezidentinin Zelenskiyə qarşı düşmənçilik bəyanatlarının arxasında illər əvvələ dayanan bir düşmənçiliyin olub-olmamasından da söhbət gedir. Trampın ilk prezidentliyi dövründə onun Ukrayna ilə mübahisəsi ABŞ-ın 46-cı prezidenti Co Bayden və oğlu Hunter Bayden üzərində olub. Tramp Ukrayna prezidenti Zelenskidən Bayden ailəsinin Ukraynadakı biznes əlaqələrini, xüsusən Hunterin “Burisma” enerji şirkətindəki rolunu və atasının o zaman vitse-prezident vəzifəsindən sui-istifadə edib-etmədiyini araşdırmasını xahiş etmişdi. Bu, 2019-cu ildə Tramp və Zelenski arasında baş tutan telefon danışığında məlum olub və Trampın Ukraynaya hərbi yardımı bu istintaqla əlaqələndirdiyi iddia edilib. Bu hadisə Demokratlar tərəfindən səlahiyyətdən sui-istifadə iddiası ilə Trampın impiçmentinə səbəb olan əsas səbəblərdən biri olub.
***
ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına Qəzza zolağı ilə bağlı qalmaqallı açıqlamalar verib. Tramp müsahibəsində Qəzza zolağının ələ keçirmək planının “həqiqətən işə yaradığını” iddia edib və məsələni gündəmə gətirməməsini təklif edib. “Bu mənim planımdır. Mən həqiqətən işləyəcəyini düşünürəm, amma məcbur etməyəcəyəm. Mən sadəcə oturub tövsiyələr verəcəm”, – deyən Tramp həmçinin bildirib ki, İordaniya və Misirin Qəzza təklifinə qarşı çıxması onu təəccübləndirib. Hər iki ölkəyə ildə milyardlarla dollar ödədiklərini deyən Tramp Qəzza ilə bağlı da “Bura gözəl yerdir. İsrailin niyə bundan imtina etdiyini bilmirəm. Tramp dəfələrlə ABŞ-ı Qəzzanı ələ keçirməyə və bölgəni Yaxın Şərqin Rivierası”na çevirməyə çağırıb.
***
Ukrayna lideri Zelenski keçən həftə Vaşinqtonun Rusiyaya qarşı müharibədə Ukraynaya göstərdiyi dəstəyə görə kompensasiya olaraq tələb etdiyi çox milyard dollarlıq nadir elementlər sazişini rədd etdikdən sonra dünən ABŞ-ın müqaviləyə yenidən baxaraq onu Kiyevə göndərdiyi bildirilib. Ukrayna mediası xəbər verir ki, yeni sazişin mətnini Zelenskiyə Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq çatdırıb. Bir gün əvvəl Kiyevdə Kelloqla görüşən Ukrayna lideri Vladimir Zelenski “ABŞ prezidenti Trampın zamanın bizim əleyhimizə işlədiyi barədə fikirləri ilə də razıyam. Mümkün qədər tez əlimizə alacağıq. Dünyada müharibənin bitməsini ən çox istəyən tərəf Ukrayna hökuməti və xalqıdır. Əlbəttə, ABŞ və Ukrayna arasında münasibətlərdə iqtisadi əməkdaşlıqla yanaşı, təhlükəsizliyimizin təminatları da olmalıdır”.