

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Kanadanın mümkün baş naziri Mark Karni kimdir?
ABŞ prezidenti Donald Tramp administrasiyasının qeyri-qanuni miqrantları deportasiya etməzdən əvvəl onları saxlamaq üçün ölkədəki hərbi birləşmələrdən istifadə etməyi planlaşdırdığı bildirilir.
“The New York Times” (NYT) qəzetinin planlardan xəbərdar olan üç ABŞ rəsmisinə əsaslanan xəbərinə görə, Texas əyalətindəki “Fort Bliss” hərbi bazasında 10 minə yaxın qeyri-qanuni immiqrantın saxlanılması planlaşdırılır.
Adının açıqlanmasını istəməyən səlahiyyətlilərin dediyinə görə, Tramp administrasiyası qeyri-qanuni mühacirləri deportasiya başa çatana qədər həbs etmək üçün ölkədəki hərbi bazalardan istifadə etməyi planlaşdırır və “Fort Bliss” hərbi bazasını plan üçün “model” olaraq təyin edib.
Səlahiyyətlilər, ölkənin qərbindəki Yuta əyalətindən Kanada sərhədindəki Nyu Yorka qədər hər bölgədə hərbi bazaların deportasiya plan çərçivəsində nəzərdən keçiriləcək. Plana görə ölkədən çıxarılması gözlənilən qeyri-qanuni mühacirlərin saxlanılması üçün yer çatışmazlığının aradan qaldırmaq üçün kazarmalardan istifadə ediləcəyini bildirdi.
Ağ Ev NYT-nin planla bağlı şərh tələblərini Müdafiə və Daxili Təhlükəsizlik Departamentlərinə yönləndirdi, lakin oradan da cavab verilmədi.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bir bölməsi olan İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) məlumatlarına görə, 16-28 yanvar tarixləri arasında ABŞ-da müxtəlif cinayətlərə görə axtarışda olan 171 qeyri-qanuni mühacir saxlanılıb.
Tramp Quantanamoda qeyri-qanuni yollarla ölkədə olan “cinayətkar mühacirləri” saxlamaq üçün 30 min nəfərin saxlanacağı bir bölmənin hazırlanmasını əmr edib. ABŞ-ın müdafiə naziri Pit Heqset isə bu hissənin “immiqrantlar üçün mükəmməl yer” olduğunu bildirib.