vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
21:16 | 22 fevral 2025 | Şənbə Məqaləyə 76 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha sərt şərtlər

ABŞ yenilənmiş sazişdə 100 faizlik mülkiyyət hüququ tələb edir

ELÇİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna 21 fevralda Donald Tramp administrasiyasından təbii resurslardan istifadə ilə bağlı yeni saziş layihəsini aldı.

Ukrayna nəşri NV (Novoye Vremya) və ABŞ qəzeti “The New York Times” mənbələrə istinadən bildirir ki, yeni saziş əvvəlki variantdan daha sərt şərtlər ehtiva edir.

Əvvəlki versiyada Ukraynanın ABŞ ilə birlikdə təbii sərvətlərin işlənməsi hüquqlarını idarə edəcək birgə fond yaratmağa razılaşması tələb olunurdu. Bu fond hüquqları Amerika investorlarının xeyrinə bölüşdürəcək və hasilatdan əldə olunan gəlirlər Kiyev və Vaşinqton arasında 50/50 nisbətində bölünəcəkdi.

Yeni versiyada isə Vaşinqton gələcək fondun 100 faizlik mülkiyyət hüququnun ABŞ-a məxsus olmasını və tərəflərin töhfələrinin 2:1 nisbətində bölünməsini təklif edir. Yəni, Ukrayna gələcək mədən gəlirlərinin üçdə ikisini, ABŞ isə artıq silah formasında təqdim etdiyi vəsaitin qarşılığında üçdə birini təmin edəcək.

ABŞ tərəfi fondun ölçüsünü 500 milyard dollar səviyyəsində müəyyənləşdirməyi təklif edir. Bu, Tramp administrasiyasının Ukraynaya hərbi və maliyyə yardımı üçün çəkdiyi xərcləri kompensasiya etmək istədiyi məbləğdir. “The New York Times” qeyd edir ki, əvvəlki saziş layihəsində bu rəqəm göstərilməmişdi.

Bundan əlavə, yeni layihəyə hazırda Rusiya tərəfindən işğal olunmuş ərazilərin gəlirlərinə dair bənd əlavə edilib. Əgər həmin ərazilər azad edilərsə, onların hasilat gəlirlərinin 66 faizi (üçdə ikisi) fonda yönləndiriləcək.

“The New York Times” vurğulayır ki, yeni layihə əvvəlki versiyadan çox da fərqlənmir və Kiyev tərəfindən əvvəllər “həddindən artıq ağır” hesab edilən maddələri qoruyub saxlayır. Hətta bəzi şərtlər əvvəlkindən daha sərt görünür. NV-nin beş mənbəsi də yeni layihənin əvvəlki variantdan daha sərt olduğunu təsdiqləyib.