

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Kanadanın mümkün baş naziri Mark Karni kimdir?
ABŞ prezidenti Donald Trampın muxtariyyətini vermək istədiyi Vaşinqton şəhərinin meri Muriel Bauzer, “Mən bilirəm ki, başqa bir yerin 51-ci ştat olması haqqında çox danışılır, amma biz 51-ci ştat olacağıq”, – deyib.
Vaşinqtonda Milli Mətbuat Klubunda çıxış edən Bauzer Trampın federal hökumətin Vaşinqtonun idarəçiliyini öz üzərinə götürməsi ilə bağlı açıqlamalarına cavab verib.
Bauzer Trampın Kanadanı ABŞ-ın 51-ci ştatı etmək barədə ritorikasına toxunaraq, "Mən bilirəm ki, başqa bir yerdə 51-ci ştat olması haqqında çox danışılır, lakin 51-ci ştat biz olacağıq”, – deyib.
“Bir prezidentin və ya bir neçə Konqres üzvünün bizim məhdud muxtariyyətimizi qəsb edə biləcəyi ilə bağlı müzakirələr ABŞ-ın digər vətəndaşları ilə eyni hüquqlara malik olmamağımızdan qaynaqlanır”, – deyi Mer Bauzer bildirib.
Bauzer Trampın şəhərdə evsizliyin geniş yayıldığına dair iddialarını təkzib edərək, “Küçələrdə çox insan yaşamır”, – deyib.
Tramp fevralın 19-da Floridadan Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə gündəmlə bağlı açıqlamalar verib.
Vaşinqton şəhərinin meri Muriel Bauzeri bəyəndiyini deyən, lakin onun administrasiyasının işini görmədiyini iddia edən Tramp paytaxtda cinayət nisbətinin və evsizlərin sayının kifayət qədər yüksək olduğunu qeyd edib.
Federal hökumətin paytaxtın idarəçiliyini öz üzərinə götürməsi lazım olduğunu qeyd edən Tramp, “Biz bunu qanun, nizama əsaslanan və tamamilə qüsursuz şəkildə etməliyik”, – deyib.
Prezident Tramp, “Biz Vaşinqtonu ələ keçirməliyik, onu təhlükəsiz etməliyik. İnsanlar öldürülür. Əla polis şöbəmiz var, lakin ondan düzgün istifadə edilmir”, – deyib.
Vaşinqton mer və şəhər şurası tərəfindən idarə olunur, lakin onun muxtariyyəti məhduddur. Çünki o, 1973-cü ilin Ev Qaydaları Qanununa (“Home Rule Act”) əsasən Konqresin nəzarətindədir.
Müəyyən bir bölgəyə öz yerli hökumətini formalaşdırmaq və idarə etmək səlahiyyəti verən qanuna əsasən, Vaşinqton məhdud muxtariyyət verilir, baxmayaraq ki, Konqres paytaxtın qəbul etdiyi qanunları nəzərdən keçirmək, veto etmək və lazım gəldikdə müdaxilə etmək hüququna malikdir.