vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
20:12 | 23 fevral 2025 | Bazar Məqaləyə 64 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bizi qızıldərililər kimi bitirəcəklər”

Ukraynalılardan Trampa etiraz: “Necə yaşayacağıq?”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Donald Trampın Rusiya ilə illərdir müharibə şəraitində olan Ukraynanın qiymətli minerallarından pay tələb etməsi Şərqi Avropa ölkəsində yaşayanların hiddətinə səbəb olub.

Sovet dövründə əkinçilik şəhəri Liodianeyə səfər edən “The Guardian” müxbiri Lyuk Hardinq ukraynalıların düşüncələrini dünya ictimaiyyətinə çatdırıb.

Ukraynanın “UkrLithiumMining” şirkətinin bölgədəki nümayəndəsi Mikola Hreçuxa vurğulayır ki, Liodianedə kənd təsərrüfatı fəaliyyətinin azalması ilə bölgədə artıq demək olar ki, heç kim yaşamır və əlavə edir: “Hər yerdə yaxşı miqdarda litium var. Ən böyük sıxlıq 200-500 metr dərinlikdə olur. Gündə 4300 ton hasil edə bilərik. Böyük potensial var”.

Bölgədəki tədqiqatlar nadir litium, alüminium, silikat olan petalit əhəmiyyətli miqdarda aşkar edir. Bu mineral elektrik avtomobil və mobil telefon akkumulyatorlarında istifadə olunur.

Ukraynanın sualtı qayıqlardan çıxarıla bilən litium, titan, uran, kömür, dəmir, polad və şist qazı ehtiyatlarının 14,8 trilyon dollar dəyərində olduğu təxmin edilir.

Bunların əhəmiyyətli bir hissəsinin çıxarılması üçün investisiya tələb olunur. Rusiyanın işğal etdiyi torpaqlarda da əhəmiyyətli ehtiyatların olduğu bildirilir.

Lakin Donald Tramp hələ də Kiyevə göstərilən yardımın müqabilində nəsə almaqda qərarlıdır.

Kiyevdə yerləşən İqtisadi Strategiya Mərkəzinin baş iqtisadçısı Vladimir Landa, “Sanki biz Amerikaya qarşı müharibədə uduzmuşuq və indi təzminat tələb edirlər”, – deyib.

Liodiane yaxınlığında yaşayan ukraynalı Tatyana Slivenko da bunları deyir: “Müharibə vaxtı resurslarımızı ələ keçirmək istəyir. Necə yaşayacağıq? Uşaqlarımız var. ABŞ bizim iqtisadi potensialımızı əlimizdən almaq istəyir. Qızıldərililərə etdikləri kimi bizi də bitirəcəklər”.

Yaxınlıqdakı Kopanki və Hayivka kəndlərində 300-ə yaxın insan, əsasən də qocalar yaşayır.

72 yaşlı Stanislav Ryabçenko mədənin tikintisi ilə məşğul olacaq gənclərin bölgəni canlandırmasını istədiyini söyləyərək, “Tramp şantaj edir. O bilir ki, biz rusları öz gücümüzlə çölə ata bilmərik. Bizə ələ keçirmə yox, ortaq istehsal lazımdır”, – deyib.

“UkrLithiumMining” şirkəti 2017-ci ildə Kiyevdən 350 kilometr cənubda yerləşən bu ərazidə 20 il müddətinə mədən hasilatı üçün dövlətdən 5 milyon dollarlıq lisenziya alıb.

Şirkətin baş strategiya direktoru Denis Alyoşin deyir ki, onların xarici investorlara ehtiyacı var və 350 milyon dollara yeni və müasir mədən yarada bilərlər: “Adamlar elə bilirlər ki, çuxur qazsalar, pul tapacaqlar. 5-6 ildir ki, bu layihə üzərində işləyirik. İnvestisiya ilə 2028-ci ildə istehsala başlaya bilərik”.

ABŞ prezidenti Donald Tramp fevralın 3-də verdiyi açıqlamada Kiyevə göndərilən yardım müqabilində 500 milyard dollar dəyərində nadir torpaq elementləri istədiklərini və Ukrayna lideri Vladimir Zelenskinin bunu qəbul etdiyini iddia edib.

Zelenski iki həftə əvvəl mədən sövdələşməsinə açıq olduqlarını, lakin nadir torpaq elementləri ehtiyatlarının demək olar ki, yarısının Rusiya tərəfindən işğal olunmuş ərazilərdə olduğunu söyləyib.

Məsələ ilə bağlı danışıqlar davam edir.