vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
14:07 | 24 fevral 2025 | Bazar ertəsi Məqaləyə 143 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Satıcı-biznesmen davası

Beş ay əvvəlki davranışa cavab

ASİF

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da prezident seçki kampaniyasının ən gərgin vaxtında – 23 sentyabr 2024-cü ildə Zelenski BMT BA-nın 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlir. Həmin günlərdə Zelenski demokratların bir neçə tədbirində də iştirak edir. Onun bu hərəkəti Tramp və respublikaçılar tərəfindən kəskin etirazlarla qarşılanır, hətta Mayk Conson (Konqresin Nümayəndələr Palatasının respublikaçı spikeri) Ukraynanın ABŞ-dakı səfiri Markarovanın ölkədən qovulmasını tələb etmişdi. Onlar haqlı olaraq hesab edirdilər ki, Zelenski bu hərəkəti ilə demokratları reklam edir – bu isə xarici dövlət başçısının ABŞ seçkilərinə qarışmasıdır.

O vaxt Zelenski Baydenin qalib gələcəyinə əmin idi (bəlkə də əmin etmişdilər). Buna görə də belə arxayın hərəkət edirdi. Həmin vaxt o, “The New Yorker” qəzetinə müsahibəsində Trampın prezident seçilərsə, Ukrayna müharibəsini dayandıracağı vədi barədə demişdi: “Sabahdan hərbi münaqişəni dayandıra biləcəyinə əmin olan çox liderlər olub, lakin onlar münaqişəyə dərindən bələd olduqca anlayıblar ki, bu elə də asan deyil”.

Səfər müddətində Zelenski Trampla görüşməyi planlaşdırmışdı. Tramp əvvəl Zelenski ilə görüşməkdən imtina etdi, sonra onunla görüşə qısa vaxt ayırdı.

Bu səfəri zamanı Bayden Ukraynaya 60 milyard dollar əlavə yardım ayırdığı barədə bəyanat verdi.

O vaxt Trampdan Zelenski barədə soruşulanda belə demişdi: “Düşünürəm ki, Zelenski tarixin ən yaxşı satıcısıdır. O hər dəfə ölkəmizə gələndə buradan 60 milyardla qayıdır” (“I think Zelensky is the greatest salesman in history. Every time he comes into the country, he walks away with 60 billion dollars”).

Həmin hadisədən 5 ay keçdi.

İndi ABŞ prezidenti Trampdır. Tramp hələ ki Zelenskini ABŞ-a dəvət etməyib. Lakin Zelenskini 500 milyard dollarlıq müstəmləkə müqaviləsini imzalamağa məcbur etməklə sübut etmək istəyir ki, mən tarixin ən yaxşı satıcısını belə bankrot edə bilərəm.