vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AMERİKA  
02:20 | 27 fevral 2025 | Cümə axşamı Məqaləyə 81 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp AB-dən nəyin qisasını alır?

“Tariflərin hamısı olmasa da, çoxu uyğulanacaq”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Avropa Birliyi (AB) qarşı gömrük rüsumlarını açıqlayacaqlarını bəyan edərək, 25 faizlik tarif tətbiq etməyə qərar verdiklərini açıqlayıb.

Tramp Ağ Evdəki ilk kabinet iclasında gündəmə dair dəyərləndirmələr edib.

Kanada və Meksikaya tətbiq edilən tarifləri dayandırmayacağını deyən Tramp Kanada və Meksika üzərindən ABŞ-a gələn fentanil səbəbiylə milyonlarla insanın öldüyünü iddia edib.

“Tariflər hamısı deyil, bir çoxu üçün davam edəcək”, – Tramp bildirib. O əlavə edib ki, Kanada və Meksika üzrə, eləcə də bütün digər tariflər aprelin 2-dən qüvvəyə minəcək.

***

AB-yə hansı səviyyədə tariflərin tətbiq ediləcəyi ilə bağlı suala Tramp belə cavab verib: “Qərar verdik, bunu çox yaxında açıqlayacağıq və bu, bütövlükdə 25 faiz olacaq. Bu, avtomobillərə və digər şeylərə şamil ediləcək. Avropa Birliyi ABŞ-ı məhv etmək üçün yaradılıb, amma indi mən prezidentəm”.

Tramp AB-nin qisas almağa çalışa biləcəyini, lakin bunun uğurlu olmayacağını bildirib və bu halda artıq oradan idxal etməyəcəklərini əlavə edib.

***

Trampın Kanada və Meksikaya tarifləri dayandırmamaq qərarı ilə bağlı çaşqınlıq yaranıb, lakin eyni zamanda o, onların aprelin 2-də qüvvəyə minəcəyini bildirib.

ABŞ prezidenti fevralın 1-də imzaladığı sərəncamla Kanada və Meksikadan idxala 25 faiz rüsum tətbiq edib. Tariflərin fevralın 4-dən qüvvəyə minəcəyi gözlənilirdi.

Tramp, tariflərin qüvvəyə minməsindən bir gün əvvəl sərhəd təhlükəsizliyinin artırılması müqabilində Kanada və Meksikaya tariflərin 30 günlük dondurulacağını açıqladı.

ABŞ prezidenti Tramp daha əvvəl bəzi sektorlar üzrə ikitərəfli tariflər və gömrük rüsumlarının tətbiq olunacağı tarix kimi aprelin 2-nə işarə etmişdi.