vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
10:19 | 27 fevral 2025 | Cümə axşamı Məqaləyə 83 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Görmək istəyirəm razılaşa bilərikmi”

ABŞ və Rusiyanın yeni hədəfi bəlli oldu – İstanbulda kritik görüş başlayır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ və Rusiya rəsmiləri səfirliklərinin yenidən açılmasını müzakirə etmək üçün bu gün İstanbulda görüşəcəklər. Dünyanın nəzəri Türkiyədəki kritik görüşə dikilərkən, “Bloomberg” Moskva və Vaşinqtonun yeni tərəfdaşlıq hədəfindən yazıb...

“Bloomberg”ə danışan mənbələr iddia edib ki, ABŞ və Rusiya rəsmiləri Arktikanı iqtisadi əməkdaşlıq üçün mümkün bir sahə kimi müəyyən ediblər və bunun Trampın Moskva ilə yumşaltma siyasətinin bir hissəsi olduğunu iddia ediblər.

Danışıqların hələ ilkin mərhələdə olduğunu və buna görə də adının açıqlanmasını istəməyən mənbələrə görə, iki tərəf arasında aparılan danışıqlarda təbii ehtiyatların və ticarət yollarının müzakirəsi də var.

Agentliyin hesabatına görə, Vaşinqton Arktika əməkdaşlığını Moskva ilə Pekin arasında gərginlik yaratmaq üçün bir yol kimi görür. Bununla belə, məsələyə bələd olan şəxslər Rusiya və Çinin son illərdə “sərhədsiz” tərəfdaşlığı ilə nə qədər yaxınlaşdığını vurğulayır və bunun uğurlu olma ehtimalının az olduğunu deyirlər.

Arktika iddiası ABŞ və Rusiya arasında birbaşa danışıqların başladığı bir vaxta təsadüf edir. Hər iki tərəfin son bəyanatları onların kommersiya təşəbbüslərinə və əməkdaşlığa açıq olduğuna işarə edərək, Moskvanı təcrid etməyə çalışan Avropa və NATO müttəfiqlərini narahat edir.

 

Trampın inandırma turunda Starmerin növbəsi

 

Böyük Britaniyanın baş naziri Keir Starmer bu gün Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcək. Starmerin Ukraynada atəşkəs əldə ediləcəyi təqdirdə ABŞ-ı dəstək siyasətinə çağıracağı gözlənilir və bunun Rusiya prezidenti Vladimir Putinin Ukraynaya yenidən hücumunun qarşısını almağın yeganə yolu olduğunu müdafiə edəcəyi gözlənilir.

Starmer Vaşinqtona gedən təyyarəsində jurnalistlərə deyib: “Təhlükəsizlik zəmanəti Putini çəkindirmək üçün kifayət olmalıdır. Putinin Ukrayna ilə bağlı ambisiyalarının açıq olduğunu iddia edən Starmer, “Əgər heç bir təhlükəsizlik tədbiri olmadan atəşkəs əldə olunarsa, bu, Putinə yalnız gözləmə və yenidən işğal etmək imkanı verəcək” dedi.

 

“Putin güzəştə getməli olacaq”

 

ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra ilk kabinet iclasından əvvəl Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə barışması lazım olduğunu bildirərək, “Biz seçilməsəydik, bu müharibə uzun müddət davam edəcəkdi. İnanıram ki, Putin hər şeyi öz üzərinə götürmək istəyəcək. Amma indi Putin müharibəni bitirmək üçün güzəştə getməli olacaq".

Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının irəlilədiyini vurğulayan Tramp, “Biz hakimiyyətə gələnə qədər heç kim Rusiya ilə danışmırdı. Amma mən gələndə ilk görüşlərimdən biri Putinlə oldu və bizə böyük hörmət göstərdilər”, – deyib.

Prezident Tramp Ukrayna ilə imzalanan qiymətli metallar müqaviləsinin müharibənin sona çatmasına töhfə verəcəyini ifadə edərək, “Biz gənc rus və ukraynalı əsgərlərin öldürülməsini izləmək istəmirik. Sülhün bərqərar olması bizim prioritetimizdir”, – deyib.

Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı suala Tramp, “Hazırda bu, razılaşmaların bir hissəsi deyil. Görmək istəyirəm ki, əvvəlcə razılaşa bilərikmi. Sonra bunu edəcəyik”.