

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Vladimir Zelenskinin Vaşinqtona səfəri zamanı imzalanması gözlənilən ABŞ-Ukrayna sazişi ilə əlaqədar bəzi tezisləri bölüşmək istəyirəm.
1. ABŞ ilə Ukrayna arasında imzalanacaq sənəd çərçivə sazişi olacaq. Qərb informasiya məkanını təhlil edən zaman aydın olur ki, minerallarla bağlı razılaşmaya Ukraynanın təhlükəsizlik zəmanətləri daxil olmayıb. Bu informasiyaları da rəsmi mövqelər də dəstəkləyir:
– Zelenksi sənədə zəmanətlərlə bağlı ən azı “cümlə”nin daxil edilməsinin vacib olduğunu deyib,
– ABŞ prezidenti Donald Tramp bu cür zəmanətlərin Ukraynanın qonşusu olan Avropa tərəfindən verilməli olduğu mövqeyini təkrarlayıb.
2. Proses ümumilikdə ABŞ-nin strateji doktrinasını, o cümlədən geoiqtisadi maraqlarını irəlilətmək baxımından qiymətli, Ukraynanın ərazi bütövlüyü və suverenliyini prizmasından isə mübahisəlidir.
Çünki:
– Çərçivə sazişi ümumi prinsipləri əks etdirəcək və digər detalların razılaşdırılması ABŞ-nin Rusiya və Ukrayna arasındakı diplomatik-siyasi trafiklərinin nəticələrindən asılı olacaq. Bu kontekstdə çərçivə sazişinin pozulmağa qarşı həssaslığı önə çıxır,
– Donald Tramp müqavilənin bağlanması ərəfəsində Rusiya ilə Ukrayna arasında atəşkəsə eyhamlar vurur. Cənab Tramp Rusiya Prezidenti Vladimir Putinin bunun baş verməsi üçün “güzəştlərə” getməli olacağını təklif edir. Hərçənd ki, Rusiyanın güzəşt arenası müəyyən ərazilərdən geri çəkilməyi əhatə etsə belə, bu, Moskvanın Ukrayna qarşısındakı tələblərini yumşaltmayacaq. Bu fonda Trampın “Ukrayna NATO-nu unutsun” deməsi Ağ Evin Kremlin maraqlarını nəzərə aldığını aydın şəkildə göstərir,
– Minerallar sövdələşməsi Tramp administrasiyasının böyük təzyiqi altında baş tutur.
3. ABŞ əslində Avropada Rusiyaya qarşı geoiqtisadi balans yaradır, lakin bu, Trampın Transatlantik norma və institutları hədəf alması fonunda baş tutur. ABŞ-nin xarici siyasət doktrinasında təbii sərvətlərlə zəngin ərazilərə nəzarət mexanizmi daha çox prioritetdir (Suriya nümunəsi), nəinki Ukraynanın suverenliyini qorumaq. Bu baxımdan Tramp Ukraynanın “təhlükəsizliyini” aşağıdakı kimi şərh edir:
– Minerallar sövdələşməsi Ukrayna üçün böyük bir hadisədir,
– Çünki ABŞ şirkətlərinin sərvətlər olan ərazilərdəki fəaliyyəti Ukraynanı avtomatik olaraq təhlükəsizlik qarantiyası altına alır.
4. Rusiya Ukrayna ərazilərində yaratdığı təsir zonasında ABŞ ilə işləməyi zəruri hesab edir, bu, indiki şəraitdə Rusiya iqtisadiyyatının canlanmasına və Kremlin geosiyasi vektorunu genişləndirməsinə fürsətlər tanıyır. Amma Rusiya indi üçün ABŞ qarşısında güclü bənd sayıla bilməz. Tramp administrasiyası ilə Kreml arasındakı danışıqlar sadəcə olaraq ABŞ ilə Rusiyanın rəqabət zonasını “qarşılıqlı hörmət əsasında” cilovlamağa hesablanmış taktikadır. Bu isə:
– Rusiyanın Ukraynaya qarşı maksimalist tələblərini yenidən paketləməyə imkan verir. Rusiyanın rəsmi şəkildə Ukraynada mövcud cəbhə xətlərinin dondurulması ilə nəticələnən danışıqların qeyri-mümkünlüyü dilə gətirməsi Putinin ideallarından əl çəkmədiyini göstərir;
– Rusiyanın ritorikası Rusiya qoşunlarının güc yolu ilə əldə edə bilmədiyi əraziləri ABŞ ilə danışıqların nəticəsi olaraq əldə etmək nail olmaq cəhdidir.
5. Rusiya-ABŞ danışıqları və Vaşinqtonla Kiyev arasında imzalanacaq sənəd geoiqtisadi ekspansiya həyata keçirən Çinin də diqqət mərkəzindədir. Bu mənada Çin Ukraynadakı müharibənin həlli ilə əlaqədar həmişəkindən daha çox “sülhməramlı qüvvə” kimi çıxış etməyə həvəslidir. Bunların müşayiətində:
– ABŞ ilə Çin arasındakı gələcək danışıqların prioritetləri müəyyənləşə bilər. Belə ki, ABŞ ilə Çin növbəti zərərli ticarət müharibəsinin qarşısını almaq üçün əldə etməyə yaxınlaşa bilər,
– Lakin Çin Ukrayna müharibəsi fonunda az xərc və resurs sərf edərək ya ABŞ-Rusiya əlaqələrini pozmaq istəyəcək, ya da onların əldə etdiyi razılaşmalardan öz mənfəətini götürməyə çalışacaq.
– Çin indi Ağ Evlə Kremlin Ukraynada əldə olunacaq razılaşmalar üzrə siyasətlərini öyrənməyə və onun nəticələrinə cavab hazırlamağı prioritetləşdirir...