vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
23:46 | 27 fevral 2025 | Cümə axşamı Məqaləyə 89 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Starmerin Makrondan fərqi

Baş nazir Trampı Putindən ayıra biləcəkmi?

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Krallığın baş naziri Keir Starmer Trampla görüşmək üçün Vaşinqtona gəlib. Ağ Evin mətbuat katibi Caroline Levitt tərəfindən eyvanda qarşılanan Fransa prezidenti Emmanuel Makrondan fərqli olaraq Britaniyanın baş naziri ilə Donald Tramp şəxsən qarşılayıb.

Starmer Trampı Ukrayna danışıqlarına başlamağa görə tərifləyib. “Əgər bunu əldə etsək, razılaşma çox vacib olacaq. Düşünmürəm ki, siz özünüz bunun üçün imkan yaratmasaydınız, bu, baş verə bilməzdi” - deyə, Britaniyanın baş naziri bildirib.

Analitiklər hesab edirlər ki, Keir Starmer Avropadan təhlükəsizlik zəmanəti almaq müqabilində Donald Trampı Putinlə danışıqlardan imtina etməyə inandırmağa çalışacaq.