

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Kanadanın mümkün baş naziri Mark Karni kimdir?
Şər Rusiya Amerika Birləşmiş Ştatlarını ona oxşadığına görə, elə sevinir ki...
Ruzveltin, Trumenin, Eyzenhauerin, Karterin və Reyqanın, ata Corc Buşun Rusiyaya qarşı daim nümayiş etdirdikləri vahid siyasi xəttin davamçıları sayılan Barak Obamanın, hətta öz xəstəhal görünüşünə görə, Kremlin gülüş hədəfinə çevrilən Co Baydenin belə xəyanət etmədiyi, illərin sınağından çıxan, hər zaman qalib gələn inadkar, əzmli ABŞ xarici siyasəti dünyanın gözü baxa-baxa “Demokratiyanın beşiyində” boğuldu. Bunun obyektiv səbəbi də var. Çünki uzun illərdir Amerika Birləşmiş Ştatları çox təhlükəli bir “alverə” girişmişdi və onun müştəriləri sırasında hakimiyyətə gəlmək, iqtidarda qalmaq, həmçinin çevriliş istəyən çox sayda diktaturalar, korrupsioner rejimlər də vardı.
Şahidi olduğumuz tarixdir. Necə ki, zamanında Rusiya prezidenti Boris Yeltsinin şirin dilini işə salıb “öz uşağımızdır, sözəbaxandır” təqdimatından sonra ABŞ da Vladimir Putini qəbul etdi, ona qucaq açdı və “FTX” zabitinin MKİ agentinə çevrildiyinə özünü inandırdı. ABŞ-ın satdığı rejimlər və dövlətlər aldığından da çoxdur. Trampın “ən ali məqsədi” Amerika mifini dağıtmaqdır və deyəsən, ciddi müqavimət olmasa o, buna nail olacaq. Ya da, tək yol qalır – Putini Tramp tələsinə salmaq.
Ancaq mövcud reallıq göstərir ki, Rusiyanın sıxıntıdan qurtulub, işğalçı kimi güclənməsi təhlükəsi var. Artıq bir neçə günün ərzində öz gedişləri, qalmaqallı açıqlamaları ilə ABŞ xarici siyasətini darmadağın edən Donald Tramp super gücün demək olar ki, dünyanı idarə etdiyi kabinetdə Rusiyanı dəstəkləyir, Putini gücləndirən ağlasığmaz bəyanatlar verir. Donald Tramp danışır və fakt budur ki, o, hələ də Ağ Evin sahibi, Amerika Birləşmiş Ştatlarının prezidentidir.
ABŞ tezliklə Rusiyaya oxşayacaqmı, yoxsa super Amerika əməliyyata aparılan dövlətin Putin botoksu etdirməsinə qətiyyən imkan verməyəcək?..
ABŞ məsum deyil, amma beyin mərkəzi kimi çox böyük təhlükədir. ABŞ rəqəmsal Şərdir. Amerika Birləşmiş Ştatları – kosmik Şərdir. ABŞ – süni intellekt formasında Şərdir. ABŞ dünyanın ən “demokratik” cəlladı, cəlladlara qənim kəsilən ən böyük “xilaskar”, eləcə də ayaq basdığı yerdə “azadlıq carçısı” olmağı bacaran yeganə ölkədir ki, öz yalanlarını da gerçəkləri qədər sevdirə bilir. ABŞ üçün bəzi hallarda “Coca-Cola” belə İlon Maskdan çox qiymətli, lazımlı ola bilər. ABŞ elə oturuşmuş dövlətdir, elə bir təhlükəli nəhəngdir ki, bir gün prezident Donald Tramp Ağ Evdə ayılıb, indiyədək danışdıqlarını unuda da bilər və özü də nə baş verdiyini anlamaz.
Gözləyək...