vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
19:05 | 3 mart 2025 | Bazar ertəsi Məqaləyə 111 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sabah böyük gecə olacaq”

Donald Tramp: “Hər şeyi olduğu kimi deyəcəyəm”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi gərgin görüşdən sonra diqqəti cəlb etməkdə davam edir.

Tramp “Truth Social” hesabında, “Ukraynanın heç bir torpağını Putinin Rusiyasına verməyən yeganə prezident Donald Trampdır. Zəif və təsirsizdir. Demokratlar tənqid edəndə və saxta xəbərlər onların dedikləri hər şeyi sevinclə yayımlayanda bunu xatırlayın”.

Tramp ikinci paylaşımında “Sabah böyük bir gecə olacaq. Mən hər şeyi olduğu kimi deyəcəyəm”,­ – açıqlaması ilə diqqət çəkib.

Bu açıqlamalarla nəyi nəzərdə tutulduğu bəlli olmasa da, Trampın Ukrayna müharibəsi və ABŞ-ın xarici siyasətinə dair mövqeyi ilə bağlı yeni açıqlamalar verəcəyi gözlənilir.