

“A23a” kimi tanınan dünyanın ən böyük aysberqi Atlantik okeanında İngiltərə sahillərindəki adada quruya oturub. BBC-nin xəbərinə görə, peyk görüntüləri aysberqin hazırkı vəziyyətini üzə çıxarıb.
Aysberq qurudan 80 km uzaqlıqdakı Cənubi Corciya adasının dayaz kontinental şelfinə dəyib və ilişib qalıb. Böyük miqdarda qida maddəsi olan aysberqin əriyib parçalanması ilə okeanda qida dağıdılmasına səbəb ola biləcəyi iddia edilir.
Böyük Britaniyanın Milli Qütb Araşdırmaları İnstitutunun (“British Antarctic Survey”) eksperti Nadine Conston “Bu, boş səhranın ortasına qida bombası atmağa bənzəyir”, –bildirib.
Cənubi Corciya hökumətinin məsləhətçisi, ekoloq Mark Belçier, “Əgər parçalansa, nəticədə yaranan aysberqlər yerli cərəyanlarda işləyən gəmilər üçün təhlükə yarada və gəmilərin yerli balıqçılıq ərazilərinə çıxışını məhdudlaşdıra bilər”, – deyib.
***
Antarktidada "RRS Sir David Attenborough" qütb tədqiqat gəmisində işləyən Hyu Qriffits, "Bütün aysberqlər ıvvıl-axır əriyəcəklər. “A23a”nın bu qədər uzun müddət dayanması və səthinin yalnız dörddə birini itirməsi təəccüblüdür”, – deyib.
Buzlağın bölgənin ekosisteminə verdiyi dəstəyə diqqət çəkən Qriffits, “Bütün kainat dənizin dibini aşındıran nəhəng buz parçası ilə əzilir. O, bir yerdə nəyisə məhv edir, digər yerlərdə isə qida təmin edir. Buz olmasaydı, bizdə bu ekosistemlər olmazdı. Onlar Yer kürəsinin ən məhsuldar ekosistemlərindən bəziləridir, çoxlu sayda növ və fərdi heyvanları dəstəkləyir, bəziləri isə ən böyük heyvanları qidalandırır”, – deyib.
***
1986-cı ildə Antarktika sahillərindən qoparaq Veddell dənizində quruya oturan və 'buz adasına' çevrilən “A23a” təxminən 40 il sonra 2024-cü ildə yenidən hərəkətə gəlib.
Yazda nəhəng burulğana tutulmuş buzlaq şimala doğru irəliləməyə başlayıb.
Son elmi araşdırmada “A23a”nın səthi təxminən 4 min kvadrat kilometr, qalınlığı isə təxminən 400 metr qeyd olunub.