vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
09:21 | 5 mart 2025 | Çərşənbə Məqaləyə 87 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-dan “F-35” həmləsi

Pentaqon Türkiyə ilə bağlı bazar araşdırması aparıb...

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Müdafiə Nazirliyinə bağlı “F-35” Birgə Proqram Ofisi (JPO) Türkiyədə yerləşən “F-35” istehsal və sınaq avadanlıqlarının ABŞ-a təhvil verilməsi üçün araşdırma aparıb.

Avadanlıqların sökülməsi, qablaşdırılması və daşınması prosesində podratçı şirkətlərlə əməkdaşlıq planlaşdırılır.

***

Məlumata görə, JPO 2024-cü ilin oktyabr ayında “F-35” istehsalında və sınaqlarında istifadə edilən avadanlığın ABŞ-a qaytarmaq üçün qiymət araşdırması aparıb. Bu vəziyyət avadanlığın hələ də Türkiyədə olduğunu göstərir.

2024-cü ilin noyabrında dərc olunan hesabatda JPO, “F-35” Xüsusi Kostyumlarının və Xüsusi Test Avadanlıqlarının “Northrop Qrumman”ın Kaliforniyadakı təyyarə gövdəsi istehsalı müəssisəsinə daşınması və saxlanması üçün bazar araşdırması apardı.

***

JPO-nun tələblərinə uyğun olaraq, Türkiyədə “F-35” istehsal dəzgahlarının sökülməsi, qablaşdırılması, daşınması və saxlanması podratçı şirkətlər tərəfindən həyata keçiriləcək. Prosesin ABŞ və beynəlxalq daşıma standartlarına uyğun həyata keçirilməsi planlaşdırılır.

“Podratçı “F-35 ST/STE”ni Birləşmiş Ştatlar Hökumətinə (USG) və beynəlxalq daşıma standartlarına, prosedurlarına, qanunlarına və qaydalarına uyğun olaraq daşıyacaq”, – hesabatda deyilir.

Bildirilib ki, bütün avadanlıqlar dəniz yolu ilə daşınacaq konteynerlərə yerləşdiriləcək. Bundan əlavə, daşınacaq avadanlığın sökülməsindən saxlanmasına qədər bütün proses boyunca uçotu aparılacaq və mühafizə olunacaq.

***

JPO-dan verilən məlumata görə, podratçı şirkət daşınma zamanı avadanlıqla düzgün davranaraq bütün detalları sökəcək, qablaşdıracaq, markalayacaq, etiketləyəcək..

Bu kontekstdə Alətlərin Təkrar İstifadəsi Siyahısında göstərilən Fiber Yerləşdirmə Mandreli kimi bəzi alətlər və avadanlıqlar, o cümlədən xüsusi istehsalçı (OEM) dizaynı olan avadanlıqlar da sökülməlidir.

Bildirilib ki, sökülmə əməliyyatları TUSAŞ-ın obyektlərində aparılacaq.

***

Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasına görə, Ağ Ev 17 iyul 2019-cu ildə Türkiyənin “F-35” Birgə Hücum Qırıcı Proqramı ortaqlığını dayandırmaq və çıxarmaq qərarına gəlib. 21 aprel 2021-ci ildə Türkiyənin proqramdan rəsmən çıxarıldığı barədə Ankaraya bildiriş gəldi.

Türkiyə üçün istehsal edilən 6 ədəd “F-35A” döyüş təyyarəsi o vaxtdan bəri anbarlarda saxlanılır. Digər tərəfdən, 2020-ci ildə ABŞ Müdafiə Sənayesi yenidən “S-400”ü səbəb göstərərək CAATSA sanksiyaları tətbiq etdi.

ABŞ rəsmiləri Türkiyənin “F-35” proqramından çıxarılmasının Egeydəki güc balansını dəyişməyə yönəlmiş bir addım olmadığını, bunun birbaşa Rusiyadan “S-400” raketdən müdafiə sistemi almasının nəticəsi olduğunu və ABŞ qanunlarına uyğun hərəkət etdiklərini bildiriblər.