vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
00:12 | 5 mart 2025 | Çərşənbə Məqaləyə 53 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Husilər terrorçu siyahısında

ABŞ İranın dəstəklədiyi təşkilatı yenidən qaraladı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ dövlət katibi Marko Rubio Yəməndə İranın dəstəklədiyi husilərin rəsmi olaraq xarici terror təşkilatları siyahısına daxil edildiyini açıqlayıb.

Rubio yazılı açıqlama verərək, daha əvvəl ABŞ prezidenti Donald Trampın imzaladığı prezident fərmanı istiqamətində rəsmi addımlar atdıqlarını açıqlayıb.

Rubio açıqlamasında “Dövlət Departamenti bu gün prezident Trampın vəzifəyə gəldiyi gündən bəri verdiyi vədlərdən birini yerinə yetirib və Departamentin Husilər kimi tanınan Ənsarullahı Xarici Terror Təşkilatı olaraq təyin etdiyini məmnuniyyətlə elan edirəm”, – deyib.

Rubio Trampın 14175 saylı fərmanına da toxunaraq Husilərin Qırmızı dəniz və Ədən körfəzindəki fəaliyyətlərinin ABŞ-ın maraqlarına zərər verdiyini bildirib.

ABŞ prezidenti Tramp yanvarın 23-də imzaladığı sərəncamla Yəməndə İranın dəstəklədiyi husiləri yenidən “terror təşkilatı” siyahısına saldığını açıqlamışdı.

***

Tramp açıqlamasında 2021-ci ildə vəzifəsinin son günlərində husiləri siyahıya əlavə etdiyini, lakin Bayden administrasiyası vəzifəyə gəldikdən bir neçə ay sonra husiləri siyahıdan çıxardığını qeyd edib.

ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken husiləri 16 fevral 2021-ci il tarixindən etibarən xarici terror təşkilatları siyahısından çıxardıqlarını açıqlamışdı. Qərarın Yəməndə humanitar vəziyyətin son dərəcə pisləşməsi ilə əlaqədar qəbul edildiyi bildirilmişdi.

Husilər daha əvvəl Donald Tramp administrasiyasının son günlərində xarici terror təşkilatları siyahısına əlavə edilmişdi.