vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AMERİKA  
15:55 | 5 mart 2025 | Çərşənbə Məqaləyə 68 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ada satılmır!”

“Biz kimsə olmaq istəmirik, gələcəyimizə özümüz qərar veririk”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampın adanın öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyən və onu ABŞ-a qoşulmağa dəvət edən bəyanatlarından sonra Qrenlandiyanın Baş naziri Mute Burup Eqede ““onlar satılmır” deyib.

Eqede, Trampın Qrenlandiya ilə bağlı son açıqlamalarına “Facebook” hesabında etdiyi paylaşımla cavab verib.

Qrenlandiyanın ada sakinlərinə aid olduğunu vurğulayan Eqede, “Biz amerikalı və ya danimarkalı olmaq istəmirik, biz Qrenlandiyalıyıq. Amerikalılar və onların liderləri bunu anlamalıdır. Biz satılmamışıq və adanı bizim əlimizdən almaq olmaz. Gələcəyimizə özümüz qərar veririk”, – deyib.

Tramp ABŞ Konqresindəki çıxışında Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini bildirib və adanı ABŞ-a qoşulmağa dəvət edib.

Adaya nəzarəti ələ keçirmək arzusunu bir daha ifadə edən Tramp, “Milli təhlükəsizlik və hətta beynəlxalq təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var. Düşünürəm ki, bu və ya digər şəkildə onu əldə edəcəyik. Biz onu alacağıq və sizi qoruyacağıq”.

***

Tramp ABŞ administrasiyasına qayıtdıqdan sonra tez-tez Qrenlandiyanı əldə etmək istəyini dilə gətirib.

23 dekabr 2024-cü ildə “Truth Social” hesabında yazdığı bir statusda ABŞ lideri Qrenlandiyanın ölkəsinin nəzarəti altında olması barədə bəyanatını təkrar edərək, adaya sahib olmağın və ona nəzarət etməyin “mütləq zərurət” olduğunu bildirmişdi.

Trampın sözləri bir çox qrupların, xüsusən də Qrenlandiya rəsmilərinin qəzəbinə səbəb olmuşdu.

Qrenlandiyanın baş naziri o vaxt da, “Ada Qrenlandiya xalqına məxsusdur. Biz satılmamışıq və heç vaxt da satılmayacağıq. Uzun müddətdir davam edən azadlıq mübarizəmizi itirməyəcəyik”, – demişdi.

Danimarka Krallığının tabeliyində olan Farer adalarının iki muxtar bölgəsindən biri olan Qrenlandiya, bağlı olduğu Danimarkadan 2900 kilometr aralıda yerləşir.