
“Bizansvari metod dəyişməz qalıb”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Qələbə paradı ərəfəsində Ukrayna ordusunun ikinci dəfə Rusiya torpağına girməsi Kremldə şok yaradıb
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Virtualaz.org saytı xəbər verir ki, Rusiyada biznesmeni qətlə yetirməkdə şübhəli bilinən killer Ermənistan hüquq-mühafizə orqanları tərəfindən Rusiyaya ekstradisiya edilib.
«2004-cü ildə Rusiya vətəndaşlığını almış Azərbaycan sakininin sifarişli qətl törətdiyi sübut olunub və o, Ermənistanla Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi birgə əməliyyatla yaxalanaraq Rusiyaya ekstradisiya edilib» - deyə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Məlumata görə, əməliyyat bu günlərdə keçirilib. Həmin şəxs 2012-ci ilin aprelində Moskvada sifarişli qətl törədib.
2012-ci il, aprelin 20-nə keçən gecə Moskvanın Beqovoy küçəsi, ev 2 ünvanında Qazaxıstan sakini olan biznesmen güllələnib. Killer ona 7 güllə vurub, güllələrdən 3-ü biznesmenin başına dəyib. Qazaxıstanlı biznesmenin Moskvada avtomobilyuma məntəqəsinin sahibi olduğu bildirilir.
Hadisə yerinə baxış zamanı cəsəddən 100 metr məsafədə səsboğucusu olan «PM» tapançası tapılıb, ekspert-kriminalistlər silahın killerə məxsus olduğunu müəyyən ediblər.
İstintaq çərçivəsində əməliyyatçılar killerin şəxsiyyətini müəyyən edə biliblər, ancaq həmin vaxta qədər cinayətkar Rusiyanı tərk edib.
Məlum olub ki, bu qətli Rusiyanın Vladimir vilayətinin 27 yaşlı sakini, milliyyətcə azərbaycanlı olan və 2004-cü ildə Rusiya vətəndaşlığını qəbul edən şəxs törədib. Qətli biznesmenlə kommersiya maraqlarına görə münaqişədə olan şəxs sifariş verib. Hazırda sifarişçinin axtarışı gedir. Ermənistanda tutulan azərbaycanlı killerin adı isə açıqlanmır.