vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
CƏMİYYƏT  
13:43 | 23 aprel 2014 | Çərşənbə Məqaləyə 2718 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

9 milyon 720 min 600 ədəd

Mobil rabitə ilə bağlı statistika

MÖVZU İLƏ ƏLAQƏLİ

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Azərbaycanda ötən ilin nəticələrinə əsasən, mobil nömrələrin sayı 9 milyon 720 min 600 nömrə təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasənsə, onlardan 7 milyon 957 min 800 aktiv, 1 milyon 762 min 600-ü isə passiv nömrələrdir. Hazırda orta hesabla «Azercell  Telekom» şəbəkəsində mobil nömrə istifadəçilərinin sayı  4,5 milyon, «Bakcell» şəbəkəsində 2,8 milyondur. 2,4 milyon isə «Azerfon» şirkətinin şəbəkəsində istifadə edilən mobil nömrələrin payına düşür.

2012-ci ilin nəticələrinə əsasən, «Azercell Telekom» şirkətinin mobil nömrə istifadəçilərinin sayı 4,4 milyon, «Bakcell» istifadəçilərinin sayı 2,6 milyon, «Azerfon» şirkətinin istifadəçilərinin sayı 2 milyondan çox olub. 2013-cü ildə isə «Azerfon»un mobil nömrə istifadəçilərinin sayı 16 faiz, «Bakcell» və «Azercell Telekom» şirkətlərinin mobil nömrə istifadəçilərinin sayı isə müvafiq olaraq  7,1 faiz və 2,2 faiz artıb.

Ötən ilin nəticələrini əsas götürərək demək olar ki, «Azercell Telekom» şirkətinin bazar payı 53,7 faiz, «Bakcell»in bazar payı 28,8 faiz, «Azerfon» şirkətinin bazar payı isə təqribən 25 faiz təşkil edir.