«Nazirin gözü qarşısında belədirsə...»
İşəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ildəkindən 14,1 dəfə çox olub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
-
«İstəyirlər bazara lap 10 polis qoysunlar»
«Məqsəd qiyməti qaldırmaq yox, aşağı salmaq olmalıdır»
-
Nazir vəzifəliləri cəzalandırdı
DSMF-nin kollegiya iclası olub
-
«Qanun layihəsi stimul yaradır»
Əflatun Amaşov: «Bilgisizlik bir çox hallarda vətəndaşı dövlətlə üz-üzə qoyur»
-
Pensiya şərtləri ağırlaşır
Yeni qanun ölkədə yoxsulluğun sürətlə genişlənməsi riski yaradır
-
«50 manat bizi qane etmir»
Əfqanıstan müharibəsi veteranları gileyləndilər
-
Müslümovdan müjdə
5700-dən çox əlil və şəhid ailəsi mənzil və ya fərdi evlə təmin ediləcək
-
1957 şirkətdə pozuntu
ƏƏSMN özəl müəssisələri cərimələdi
-
Ahıllardan nazirə şikayət
Buzovnadakı əlil və qocalar evinin sakinləri pis rəftardan narazıdır
-
Sığınacaqlar tikiləcək
Nazirlik həbsdən çıxanların cəmiyyətə adaptasiya olunmasında da maraqlıdır
-
Nazir xüsusi emalatxanalar yaradır
Əlillər zəruri avadanlıqlarını özləri hazırlayacaq
-
Nazirlik həbsdən çıxanlara pul paylayır
Azad olunmuş şəxslər minimum əmək haqqının dörd misli ödənir
-
ƏƏSMN-dən bahalı hədiyyələr
Səlim Müslümov daha 100 əlil ailəsini sevindirdi
-
Nazirdən gənclərə müjdə
Ali təhsillilərə biznes qurmaq üçün pul veriləcək
-
ƏƏSMN-də kadr dəyişikliyi
Direktor təyin olunan şöbə müdrinin yerinə təyinat oldu
-
Nazir ev alır...
... amma şərtlə
«Azərbaycanda işçi hüquqlarının təminatına, o cümlədən əməyin mühafizəsi standartlarının tətbiqinə dövlət nəzarəti son vaxtlarda xeyli gücləndirilib».
APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan «İş yerində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi» mövzusunda keçirilən konfransda çıxışında deyib ki, təkcə cari ilin birinci rübündə həyata keçirilən dövlət nəzarəti zamanı əmək qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyəti işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub. Onun sözlərinə görə, bu rəqəm ümumən son iki ildə tətbiq olunan müvafiq cərimələrin ümumi məbləğinə bərabərdir. Nazir əlavə edib ki, əsas məqsəd işəgötürənlərdə əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi insanların əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissi artırılmasından ibarətdir: «Əlbəttə, bu cərimələrin çox olması heç də sevindirici hal deyil. Çünki bu onu göstərir ki, kütləvi şəkildə əmək qanunvericiliyinin pozulması halları yerlərdə baş verir və Dövlət Əmək Müfəttişliyi məcbur olub belə cərimələr tətbiq edir. Ona görə də düşünürəm ki, qeyri-hökumət təşkilatları dünyanın hər yerində olduğu kimi daha səmərəli və daha çox əhatəli şəkildə bu proseslərdə iştirak etmələri cəmiyyət üçün daha səmərə verə bilər. Yaxşı olardı ki, məhz əməyin mühafizəsi və əmək təhlükəsizliyi məsələləri üçün Dövlət Əmək Müfəttişliyinin ayrıca «qaynar xətt»i yaradılsın. Belə halları hansı təşkilat və ya fiziki şəxs gördüyü halda «qaynar xətt»ə məlumat versin. Qeyri-hökumət təşkilatlarının iştirakı ilə yaradılmış qurum vasitəsilə dərhal bu hallara reaksiya verilsin».
Nazir əməyin mühafizəsi ilə bağlı özünün şahidi olduğu hadisəni də qeyd edib: «Nazirlikdə oturduğum binanın 16 mərtəbəsi ilə üzbəüz bina tikilir. Mən baxıram ki, bir gün fəhlələr formalarını geyir, kaskalarını taxırlar, ikinci gün heç bir şey yoxdur. Üçüncü gün bellərində kəmərləri var, amma dördüncü gün yoxdur. Buna görə də mən dərhal tapşırıq verdim ki, iş dayandırılsın və göstəriş verilsin. Nazirin gözünün qarşısında belədirsə, görün başqa yerlərdə vəziyyət necədir. Ona görə də cəmiyyət olaraq hamımız belə proseslərin qarşısını almaq üçün daha yaxından iştirak etməliyik».