«16 ildə 53 stansiya tikiləcək»
Bakı metrosunun yeni rəhbərliyi planlarını açıqladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
30 yeni vaqon alınacaq
Hər ay bir qatar dəyişəcək
-
Yeniliklər dövrün tələbinə çevrilib
Bakı metropoliteninə əvvəlkilərdən 2-3 dəfə güclü 7 yeni ventilyator gətirilir
-
Növbəti stansiya qəbiristanlıq?!
.. Yaxud yeraltında bizi hansı təhlükə gözləyir?
-
Metroda qadağa
Maşinist kabinəsində siqaret çəkmək yasaqlandı
-
... «Xətai» stansiyası təmirə bağlanacaq
«Sahil» açılandan sonra ...
-
«İşçilərinin sayını azaltmağa məcburuq»
«Bakı Metropoliteni»ndə ixtisarlar gözlənilir
-
«Sahil» stansiyası sökülür?
Nəsimi Paşayev: «İddialar əsassızdır»
-
Metroda elanları kim səsləndirir?
«Elə bil qaynanadır, nə qədər öyüd-nəsihət verir, bunu alanın günü qaradır»
-
«Qatarlar ləngiyib»
Səhər saatlarında metroda böyük sıxlıq yaranıb, səbəb açıqlandı
-
Metro sərnişinlərinin diqqətinə!
«İnşaatçılar» stansiyasının 1-ci giriş-çıxışı sabahdan müvəqqəti olaraq bağlanacaq
-
Vaqonların təmir sexi müasir standartlar səviyyəsinə qaldırılıb
Nasaz qatarların azalmasının və təmirin keyfiyyətinin artırılmasının əsas səbəbləri haqqında
-
«Bakı Metropoliteni» xərclərini azaldır
Qurum metro yollarında istifadə olunan materialları özü istehsal edəcək (fotolar)
-
Deputatdan AZAL-a irad
«Metropolitendən öyrənsinlər... »
-
Interval 2 dəqiqə olacaq
Metropoliten qış rejiminə keçir
-
Tağı Əhmədovun daha bir kadrı ...
«Bakı Metropoliteni»ndə növbəti dəyişiklik
-
Metroda yenilik
Vaxt yeraltında tərsinə işləyəcək
«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti paytaxtda tikiləcək yeni metro stansiyalarının sayını açıqlayıb. Vaxt.az bildirir ki, qurumun mətbuat xidmətindən «Media forum» saytına verilən məlumata görə, 2030-cu ilədək paytaxtdakı metro stansiyalarının sayı 76-ya çatdırılacaq.
1967-ci ildən fəaliyyət göstərən Bakı metrosunun hazırda 23 stansiyası var, qarşıdakı on altı ildə əlavə 53 stansiya tikiləcək: «Bakı metrosunda beş xətt olacaq. İndi «Qırmızı» və «Yaşıl» adlanan iki xətt mövcuddur. «Həzi Aslanov» - «İçəri şəhər» arası «Qırmızı», «Dərnəgül» və «Xətai» stansiyaları arasındakı xətt isə «Yaşıl» xətt adlanır. Bunlardan əlavə «Bənövşəyi», «Mavi» və «Sarı» xətlər olacaq. Bununla da xətlərin sayı beşə çatdırılacaq. Eyni zamanda «Dərnəgül»dən «Xətai»yə qədər uzanan «Yaşıl» xəttin davamı olacaq. Bu xətt «Xətai»dən «Həzi Aslanov» stansiyasınadək olan ərazini əhatə edəcək və əsasən Nobel prospekti boyunca uzanacaq.
«Xətai» stansiyasından sonra «Ağ şəhər»də, indiki Neft Emalı Zavodunun qarşısında yeni stansiyalar tikiləcək. Burada neçə stansiyanın tikiləcəyi hələ dəqiqləşməyib. İndiyə olan məlumat budur ki, stansiyalardan biri «Həzi Aslanov - 2» adlanacaq».
Metropolitendən bildirilib ki, «Bənövşəyi» xətt hazırda tikilir və «Avtovağzal», «Memar Əcəmi» stansiyalarını birləşdirəcək. Xətt üzrə «Memar Əcəmi - 2» stansiyası tikilir. Gələcəkdə bu xəttin də davamı olacaq, paytaxtın «Papanin» adlanan ərazisindən keçəcək, şəhər istiqamətində uzanacaq, Xətaidən, Keşlədən keçməklə Bakıxanov qəsəbəsinədək gedəcək.
Bundan başqa metroda, dediyimiz kimi, «Sarı» xətt də çəkiləcək. Bu xətt Binəqədidən başlanacaq və Bayıl, Bibiheybət istiqamətinə uzanacaq. «Mavi» xətt isə Yeni Yasamaldan başlanıb Bakıxanov qəsəbəsinədək gedəcək: «Bütün bunlar «Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi»ndə əks olunub. Yeni 53 stansiya mərhələli şəkildə tikiləcək. Bütün xətlər ayrı olacaq, yəni bir-biri ilə kəsişməyəcək».
Məlumatda bildirilib ki, xətlərin və yeni stansiyaların tikintisi üçün işlər davam etdirilir. Fransa prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri zamanı «Bakı Metropoliteni» QSC ilə Fransanın üç şirkəti arasında beş anlaşma memorandumu imzalanıb.
«Alstom Transport SA», «BOUYGUES TRAVAUX PUBLİCS, LLS», «THALES S.A» şirkətləri ilə imzalanmış sənəddə nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün adı çəkilən şirkətlərlə qarşılıqlı əməkdaşlıq edilməsi və 2-3 ay müddətində müvafiq müqavilələrin imzalanması nəzərdə tutulub.
«Alstom Transport SA» ilə imzalanmış memoranduma əsasən, Bakı Metropoliteninin istər yeni inşa olunan «Bənövşəyi», istərsə də əvvəlki («Yaşıl» və «Qırmızı») xətlərində istifadə edilmək üçün yeni, müasir vaqonlar alınacaq.
«BOUYGUES TRAVAUX PUBLİCS, LLS» ilə «Bakı Metropoliteni» QSC arasında imzalanmış iki anlaşma memorandumunun ilkində «28 May» stansiyasının yenidən qurulması («Qırmızı» və «Yaşıl» xətlərin ayrılması) yer alır. «Qırmızı» xətlə («Həzi Aslanov» – «İçəri Şəhər» stansiyaları arası) «Yaşıl» xətt («Dərnəgül» – «Xətai» stansiyaları arası) «28 May» stansiyasında kəsişir və bu da öz növbəsində hər iki xətt üzrə qatarların sərbəst hərəkət etməsində müəyyən çətinliklər yaradır. Digər sənəddə isə «Yaşıl» xəttin davamı olaraq «Xətai» stansiyası ilə «Həzi Aslanov - 2» stansiyası arasında bir neçə stansiyanın inşası nəzərdə tutulub.
Növbəti iki anlaşma memorandumu isə «THALES S.A» şirkəti ilə imzalanıb. Birinci sənəd Bakı Metropoliteninin texnoloji cəhətdən gücləndirilməsi istiqamətində əməkdaşlığın əsasını qoymaq məqsədilə imzalanıb. Belə ki, «Bənövşəyi» xətdə («Avtovağzal», «Memar Əcəmi - 2» stansiyaları) inşa olunan stansiyalarda işarəvermə və idarəetmə sistemlərinin tətbiqi üçün son texnoloji avadanlıqlardan istifadə edilməsi planlaşdırılır. Gələcəkdə inşa olunacaq yeni stansiyalarda da bu sahədə mövcud ən müasir avadanlıqların, işarəvermə və idarəetmə sistemlərinin tətbiqi planlaşdırılıb. Digər sənəddə isə təlim və tədris proseslərinin həyata keçirilməsi nəzərdə tutulub.