Köhnə nazirə yeni vəzifə
Misir Mərdanov cəmiyyətin fəxri prezidenti oldu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dövlət başçısını hiddətləndirən evlilik təklifi
Caparov qardaşı qızının nişanlısını həbsxanaya salıb
-
Unudulmaz Əlibala Hacızadə
Yazılarımızın ilk oxucuları özümüzdük
-
Sudan istifadənin elektron bazası
Bütün məlumatlar sistemə daxil olacaq
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
Elmi institutların taleyi necə olacaq?
Universitetlər hansı elmi institutların onlara birləşdiriləcəyini səbirsizliklə gözləyir
-
Elmin gerçək üzü ...
... Yaxud çörəyə bais olmaq fəlsəfəsi
-
AMEA bağlanmalıdırmı?
Akademiya struktur kimi ləğv olunub İnstitutlar müstəqil fəaliyyət göstərməlidir
-
“Molkino xutoruna gəlin”
Qırğızıstan vətəndaşları da müharibəyə aparılır
-
“Açıq-saçıq gəzməsəydilər, ət bahalanmazdı”
Molla qadınların dar paltar geyinməsinin qarşısını almağa çağırıb
-
Pekin Bişkəki küncə sıxıb
Qırğızıstanın müstəqilliyinə təhdid mövcuddur
-
Qorxusuz akademik ...
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
-
Rusiya kanallarının peyk yayımı kəsilib
Provayderlər ehtiyat yayımı üzərində işləyir
-
Mərkəzi Asiya təzyiq altındadır
Lavrov Çin və Hindistandan əliboş dönüb
-
Elmi ad almaq istəyən alverçi
Genetika mövzusunda müzakirəyə beynəlxalq münasibətlər məzunu çıxırsa, ...
-
Qırğızıstanda “Z” simvolu qadağası
“Etnik nifrətin qızışdırılması” hesab olunacaq
-
Məslək şəhidi ...
Azərbaycan Milli Elmlər Akademiyasının 40 yaşlı qurucusu
Qırğızıstanda (İssık-Kul) Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V konqresi keçirilib. AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr bölməsindən ANS PRESS-ə verilən məlumata görə, konqresdə dünyanın 20 ölkəsindən 300-ə yaxın riyaziyyatçı alim iştirak edib.
Azərbaycandan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, cəmiyyətin vitse-prezidenti Fikrət Əliyev, həmin institutun professoru, cəmiyyətin idarə heyətinin üzvü Yusif Qasımov, MDU-nun Bakı filialının professoru, idarə heyətinin üzvü Azad Tağızadə və başqaları iştirak ediblər.
2011-ci ildə cəmiyyətin Bakıda keçirilən IV konqresində fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov cəmiyyətin prezidenti seçilib. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Qırğızıstandakı konfransda cəmiyyətin 3 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Türk Dünyası Riyaziyyat Cəmiyyəti V konqresinin bağlanış iclasında qarşıdan gələn 3 il müddətinə Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev cəmiyyətin prezidenti seçilib.
- Misir Mərdanov cəmiyyətin Fəxri Prezidenti, akademik Fikrət Əliyev cəmiyyətin vitse-prezidenti, professor Azad Tağızadə və Yusif Qasımov idarə heyətinin üzvü seçilib.
- Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin növbəti konqresinin 2017-ci ilin yayında Qazaxıstanın Astana şəhərində keçirilməsi qərara alınıb.
- Qazaxıstan tərəfinin ayırdığı 10 min ABŞ dolları məbləğində vəsaitin 6 min dolları Türk dünyasının görkəmli riyaziyyatçı alimi kimi akademik Muxtarbay Otelbayevə verilib.
- 2 min ABŞ dolları məbləğində II mükafat cəmiyyətin «Nəzəri və tətbiqi riyaziyyat « jurnalının redaksiya heyətinə verilib.
- Qalan 2 min ABŞ dollarının isə V konqresin Təşkilat Komitəsinə (Qırğızıstan) verilməsi qərara alınıb.