Pekin Bişkəki küncə sıxıb
Qırğızıstanın müstəqilliyinə təhdid mövcuddur
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dövlət başçısını hiddətləndirən evlilik təklifi
Caparov qardaşı qızının nişanlısını həbsxanaya salıb
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
“Molkino xutoruna gəlin”
Qırğızıstan vətəndaşları da müharibəyə aparılır
-
“Beyin oğurluğu”
ABŞ və Çin kəşfiyyatı dünyadakı intellektlər uğrunda qızğın savaşa başlayıb
-
“Açıq-saçıq gəzməsəydilər, ət bahalanmazdı”
Molla qadınların dar paltar geyinməsinin qarşısını almağa çağırıb
-
Rusiya kanallarının peyk yayımı kəsilib
Provayderlər ehtiyat yayımı üzərində işləyir
-
Mərkəzi Asiya təzyiq altındadır
Lavrov Çin və Hindistandan əliboş dönüb
-
Qırğızıstanda “Z” simvolu qadağası
“Etnik nifrətin qızışdırılması” hesab olunacaq
-
Neft “ayı bazarı”na girdi
Apreldə 80 dollara yaxınlaşan qiymətlər, avqustda 60-ın altına düşdü
-
Atambayev hədələdi
“Məni həbs etməyə gəlsələr atəş açacağam...”
-
Toxunulmazlığı ləğv olundu
Sabiq prezidentin lehinə cəmi 7 deputat səs verib
-
ABŞ-Çin anlaşdı
Neft qiyməti fontan vurdu
-
Daha təhlükəli raketlər hazırlanacaq
Nüvə silahlarına qarşı “qalxan” sayılan müqaviləyə “stop”
-
Nüvə qərarının fəsadları
“Bu qərar yeni qarşıdurma yaradacaq”
-
“Bu zirvə görüşünün çox gözəl nəticələri olacaq”
İlham Əliyev: “Ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verməsi önəmlidir”
-
Azərbaycan prezidenti Qırğızıstanda
İlham Əliyev qırğız həmkarı ilə görüşüb, TDƏŞ-in VI sammitində çıxış edib
Qırğızıstan prezidenti Sadır Caparov həyəcan təbili çalıb. Dövlət başçısının sözlərinə görə, Qırğızıstanın artan xarici borcu ölkənin müstəqilliyinə əsas təhlükə mənbəyinə çevrilib.
Prezident borc mövzusunda parlamentdə çıxış edib. O Qırğızıstanın xarici borcunu ödəyə bilmədiyinə görə müstəqilliyini itirmə təhlükəsizliyi ilə üz-üzə qaldığını bildirib: “Yaxın 10 ildə borclarımızı qaytarmalıyıq. Bu borclar müstəqilliyimizi əldə etdiyimiz 30 il ərzində yığılıb”. Sadır Japarov borcun ödəmə müddətinin onun prezidentlik dövrünə təsadüf etdiyini vurğulayıb: “Bu il 289 milyon dollar, gələn il isə 314 milyon dollar borc qaytarmalıyıq”. Məhdud resursları olan Qırğızıstan üçün bu böyük məbləğdir.
Qırğızıstanın əsas borcu Çinədir. Bişkəkin Pekinə təxminən 2 milyard dollara yaxın borcu var. Qırğızıstan borcu qaytarmaq iqtidarında deyil, əksinə borc almaqda davam etmək məcburiyyətindədir. Pekin hələ ki, Qırğızıstana borc verməkdə davam edir. Ancaq bu durum Qırğızıstanı defolta sürükləyir. Bu halda Pekin Bişkəkə ağır şərtlər irəli sürəcək. Qırğızıstan prezidenti “müstəqilliyimizi itirə bilərik” dedikdə məhz Pekinin ağır şərtlərini nəzərdə tutub.
Tacikistan da Qırğızıstanla oxşar vəziyyətdədir. Tacikistanın Çinə artan borcu o həddə çatıb ki, Düşənbə bir neçə iri yatağının istismarını borc əvəzi Pekinə məxsus şirkətlərə verib. Kasıb Tacikistanın Çinə 1.2 milyard dollar borcu var. Pekin Qərb ölkələrindən fərqli olaraq investisiya əvəzinə ağır şərtlər irəli sürmür. Tacikistanın qızıl mədənlərinin 80 faizi Çinə məxsusdur. Son 14 ildə Düşənbənin Pekinə borcu 6 dəfə artıb. Mərkəzi Asiyanın digər ölkəsi olan Özbəkistanın Çinə olan borcu ümumi gəlirinin 16 faiz həcmindədir.
Dünya Bankının araşdırmasına görə, Çin inkişaf etməkdə olan ölkələrə kütləvi borc vermək siyasətindən imtina etməyib. Nəticədə həmin ölkələrin hökumətləri borcu qaytara bilmirlər. Bunun ardınca həmin ölkələrin Çindən həm iqtisadi, həm də siyasi asılılığı artır. Əsas təhlükə də bundadır.