vaxtlı-vaxtında oxuyun! Cümə, 6 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MƏHKƏMƏ, İSTİNTAQ  
Həbsdən təzəliklə çıxmışdı 13:40 | 4 iyun 2025 | Çərşənbə Məqaləyə 137 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həbsdən təzəliklə çıxmışdı

Keçmiş prezident 11 il müddətinə yenidən azadlıqdan məhrum edilib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Qırğızıstanın keçmiş prezidenti Almazbəy Atambayev qanunsuz varlanma və torpaq əldə etmək ittihamı ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

3,5 il həbs cəzasını çəkərək müalicəyə buraxılan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev yenidən həbsə məhkum edilib.

Bişkekin Pervomay Rayon Məhkəməsi Atambayevi 2019-cu il avqustun 7-8-də Koy Taş kəndində qanunsuz olaraq torpaq əldə etmək, qanunsuz varlanma və hadisələrdə iştirak etməkdə təqsirli bilib.

Məhkəmənin hökmü ilə Atambayev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

***

Eyni iş üzrə mühakimə olunanlarla bağlı qərarını da açıqlayan məhkəmə, Prezident Administrasiyasının keçmiş sədri Fərid Niyazov və keçmiş deputat Ravşanbəy Cernbekovu 7 il 8 ay, keçmiş deputatlar İrina Karamuskina və Asel Koduranovanı 7 il 6 ay, keçmiş deputat Meerbəy Miskenbayev və Atambayevin mühafizəçisi isə Kanat Saqınbayev 5 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə jurnalist Kunduz Joldubayevanın şərti olaraq azadlığa buraxılması, Atambayevin əmlakının və bütün dövlət mükafatlarının müsadirə olunması və külli miqdarda cərimə edilməsi barədə qərar çıxarıb.

***

Milli Təhlükəsizlik Dövlət Komitəsinin Xüsusi Əməliyyat Dəstəsi 2013-cü ildə mafiya lideri Əziz Batukayevin qanunsuz azadlığa buraxılması ilə bağlı aparılan istintaqa “şahid” qismində ifadə vermək məqsədilə 2019-cu il avqustun 7-8-də Atambayevin Köy-Taş kəndindəki evində əməliyyat keçirib.

1,5 aydır evində keşik çəkən Atambayevin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında əlbəyaxa dava düşüb və 6 mühafizəçinin girov götürüldüyü, bir xüsusi təyinatlının isə həlak olduğu iddia edilib.

Polis Atambayevin nəzarətə götürüldüyü evində axtarış aparıb, çoxlu sayda silah və sursat ələ keçirib.

Daha sonra Atambayev və onun ailəsinə, habelə fiziki və hüquqi şəxslərə məxsus bütün bank hesabları, əmlakı, qiymətli kağızları və banklardakı və digər şirkətlərdəki səhmləri bloklanıb.

***

Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin Xüsusi Əməliyyatlar Qrupunun rəis müavini Usenbəy Niyazbekovu güllələyərək qətlə yetirməkdə ittiham olunub.

Sabiq prezidentin Köy Taş kəndində tikdirdiyi ev üçün torpaq sahəsini qanunsuz aldığı da sənədləşdirilib.

2011-2017-ci illər arasında prezident olmuş Almazbek Atambayev 2013-cü ildə mafiya lideri Əziz Batukayevin qanunsuz olaraq azadlığa buraxılmasına görə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Korrupsiyaya görə də 11 il 2 ay həbs cəzası alan Atambayev 3,5 il həbs cəzasını çəkdikdən sonra xaricdə müalicə olunmaq üçün azadlığa buraxılmışdı.