Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
20:22 | 22 aprel 2022 | Cümə
Məqaləyə 1144 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Qırğızıstan Rusiyanın Ukraynaya qarşı təcavüzünün rəmzinə çevrilmiş “Z” simvolundan 9 May şənliklərində istifadə olunmasını qadağan edib. Ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsi aprelin 21-də bildirib ki, “Z” simvolundan istifadə və ya onun nümayiş etdirilməsi “etnik nifrətin qızışdırılması” hesab olunacaq.
Rusiya ordusunun Ukraynaya müdaxilə edən hərbi texnikası “Z” hərfi ilə işarələnib.
Rusiya hərbi texnikasında “V” hərfindən də istifadə olunur, lakin Rusiyanın özündə və ondan kənarda Ukraynaya qarşı təcavüzü dəstəkləyənlər arasında “Z” daha çox populyar olub.
Qırğızıstan hökuməti bundan əvvəl 9 may günündə ənənəvi hərbi paradın keçirilməyəcəyini elan etmişdi.
Daha əvvəl isə Qırğızıstan şəhərlərində yol polisi avtomobillərdəki “Z” simvollarını sökür və sürücüləri cərimələyirdi.
Bu həftənin əvvəllərində Moldova və Litva Rusiyanın narınçı-qara zolaqlı müqəddəs Georgi lentini, habelə “Z” simvolunu qadağan edən qanunlar qəbul ediblər.
Estoniya isə Georgi lentini, “Z” və “V” simvollarını qadağan edib.
Ötən həftə Ukrayna parlamenti də sözü gedən rəmz və simvolların paltarlarda, ictimai yerlərdə və sosial mediada nümayiş etdirilməsini yasaqlayan qanun qəbul edib.