vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
10:11 | 11 iyun 2014 | Çərşənbə Məqaləyə 1506 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gəncədə qasırğa

Yaralılar və dağıntılar var

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Gəncədə axşam saatlarında güclü külək fəsadlar törədib. Vaxt.az APA-ya istinadən xəbər verir ki, leysan yağışla müşayiət olunan qasırğa şəhərin mərkəzi küçələrində bir neçə ağac aşırıb, bəzi evlərin dam örtüyünə zərər yetirib, şəhərin elektrik təchizatında problemlər yaranıb.


Gəncənin Heydər Əliyev prospektində 4 nəfər güclü küləyin nəticəsində aşan ağacın altında qalıb. Hadisə nəticəsində xəsarət alan şəxslər Gəncə şəhərinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yolun digər hissəsində ağac aşaraq 2 avtomobilin üstünə düşüb. Qeyd olunan fəsadlar nəticəsində nəqliyyatın hərəkətində maneələr yaranıb. Bundan başqa, yağmaqda davam edən güclü yağış nəticəsində bir neçə evi su basıb.

Məlumata görə, şəhərin əksər hissəsində enerjinin verilişi dayandırılıb. Aidiyyəti qurumlar qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görür.