vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
18:43 | 17 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 2568 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gediş haqları qaldırılıb»

«Amma bunu biz etməmişik»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ölkəxarici səfərlər üçün gediş haqlarının qaldırılması barədə yayılan xəbərlər doğrudur. Amma bildirim ki, ölkəxarici biletlərin qiymətlərini biz tənzimləmirik».


Bunu AzVision.az-a açıqlamasında «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. 

Onun sözlərinə görə, yalnız ölkədaxili səfərlərin gediş haqları «Azərbaycan Dəmir Yolları» tərəfindən müəyyənləşir: ««Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür və bu Şuraya Rusiya başçılıq edir. Biletlərin qiymətini də «Rusiya Dəmir Yolları»ı tənzimləyir. Ola bilir ki, bu qiymətlər qalxır, elə də olur ki, düşür. Ölkə daxili qiymətləri isə «Azərbaycan Dəmir Yolları» tərəfindən tənzimləyir».