
Rusiyadan ABŞ-a neft cavabı
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Kreml Moskva görüşü təklifini xatırlatdı
Gürcüstanı Rusiyanın təsiri altına salan hiyləgər rus "çar"ı, indi də Moldovanın üzərinə əl qoyur...
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rəsmi Kiyev Kremlin “NEZ”iylə oynamayacaq
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiyanın MDB-nin nizamnamə və digər təsisatlarındakı daimi nümayəndəsi Andrey Qrozov Minskdə nə yeyib, nə içibsə ölkəsinin SSRİ-nin süqutundan sonra ən axmaq təşəbbüslərindən birini dilə gətirib.
Andrey Qrozov deyib ki, MDB üzvü olan ölkələrin orta və ali təhsil müəssisələrində ortaq tarix tədris oluna bilər. Onun iddiasına görə, ehtimal edilən dərsliyin MDB üzvü olan bütün ölkələrdə tədris olunması nəzərdə tutulur. Doğrudur, Qrozov dərsliyin əsasən “böyük vətən müharibəsi” (İkinci Dünya Müharibəsi) dövrünü əhatə edəcəyini bildirir. Amma Rusiya siyasətçilərini az-çox tanıyanlar çox yaxşı bilirlər ki, onlara burunlarını soxmaq üçün kiçik bir dəlik açmağa imkan yaratsan, bütün milli ideologiyanı topun ağzına verəcəklər.
İndi bunların qarın ağrısı, guya İkinci Dünya Müharibəsi ilə bağlıdır. Amma bəllidir ki, “İkinci Dünya Müharibəsi” altında müstəqil dövlətlərin təhsil sisteminə öz xəstə, imperiya ambisiyaları ilə qidalanan ideoloji zəhərlərini axıtmaq istəyirlər.
Maraqlıdır, nə yazacaqlar bu “ortaq tarix dərsliyinə”? Azərbaycan Xalq Cümhuriyyətinin necə süquta uğradığını və Vətənimizin necə işğal olunduğunu? Azərbaycanın görkəmli şəxsiyyətlərinin, düşünən beyinlərinin necə məhv edildiyini? Azərbaycanlıların öz doğma yurdlarından, o cümlədən indiki Ermənistan ərazisindən necə deportasiya edildiklərini? Bəlkə 1990-cı ilin 20 yanvarında Bakıda dinc əhaliyə divan tutan dünyanın ən rəzil, ən alçaq “ordu”sunun cinayətləri haqqında yazacaqlar? Bəlkə ermənilərlə birlikdə Xocalıda azərbaycanlılara qarşı bəşər tarixinin ən amansız qətliamlarından birini törədən 366-cı alay barəsində oçerklər uyduracaqlar? Və ya Azərbaycan ərazilərinin işğalında hücum dəstələrinin önündə gedən Pskov və digər desant alaylarının qanlı cinayətlərini həkk edəcəklər bu “tarix dərsliyi”nə? Bəlkə 30 ilə yaxın ermənilərə pulsuz-parasız ötürdükləri silahlardan, Azərbaycanın dinc əhalisinin başına yağdırılan raketlərdən söz açacaqlar? Nə yazacaqlar?
Bunlar deyəsən artıq MDB-ni də boyunduruğa çevirmək istəyirlər. Onsuz da sözügedən təsisatın yaranması haqqında razılaşmanın müddəaları sonradan qəbul edilən bir sıra sənədlərlə pozulub. MDB-nin bir sıra qurumları, o cümlədən Müdafiə nazirləri şurası, ölkəmizin prioritetlərinə uyğun deyil. Azərbaycan ikitərəfli hərbi əməkdaşlığa üstünlük verir və bloklara qoşulmur. Amma MDB-nin Müdafiə nazirləri şurası, Müdafiə nazirləri şurasının katibliyi, MDB üzvü olan ölkələrin silahlı qüvvələrinin baş qərargah rəislərinin komitəsi, hərbi-texniki komitə, hava hücumundan müdafiə üzrə əlaqələndirmə komitəsi, müdafiə nazirliklərinin şəxsi heyətlə iş üzrə müvafiq qurumlarının rəhbərlərinin komitəsi, MDB üzvü olan ölkələrin silahlı qüvvələrinin rabitə rəislərinin əlaqələndimə komitəsi, topoqrafiya xidmətlərinin əlaqələndirmə komitəsi, radiasiya, kimyəvi və bioloji müdafiə, aviasiya, hərbi təhsil və digər istiqamətlər üzrə komitələr və digər alt qurumlar sübuta yetirir ki, hüquqi baxımdan MDB hərbi, siyasi, iqtisadi... blokdur.
Belə təsisatlar yalnız hərbi ittifaqlarda olur. Ermənistan istisna olmaqla, MDB üzvü olan ölkələrlə bütün istiqamətləri əhatə edən ikitərəfli müqavilələrimiz olduğu üçün, qənaətimə görə, MDB-də qalmağın da heç bir anlamı yoxdur. Yoxsa hər gün bir xəstə təşəbbüslə “qapımızı” döyəcəklər.