vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SƏNƏTÇİ  
17:38 | 22 iyun 2013 | Şənbə Məqaləyə 2984 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Toğrul Nərimanbəyovun dəfni yubana bilər

Rəssamın qızının atasının ölümü ilə bağlı şübhələri var

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Artıq 20 gündür Fransada dünyasını dəyişən Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun harada dəfn olunması məsələsinə aydınlıq gətirilsə də, onun torpağa tapşırılması yenidən yubana bilər. Buna səbəb rəssamın qızının atasının ölümü ilə bağlı şübhələrinin olmasıdır. Fransa məhkəməsi xalq rəssamının həyat yoldışının istədiyi kimi Parisdə dəfn edilməsinə qərar verdikdən sonra rəssamın qızı Əsmər Nərimanbəyova yeni iddia ilə çıxış edib.

O, ANS-ə açıqlamasında atasının ölüm səbəbi ilə bağlı müəyyən şübhələrinin olduğunu deyib. Buna görə də, ölüm səbəbini dəqiqləşdirmək üçün məhkəmə-tibbi ekspertiza keçirilməsi tələbi ilə prokurorluğa müraciət edib. Bu müraciətə bazar ertəsi baxılacaq.
"Xəstəxanada necə öldüyünü bilmək olmur. Onun yoldaşı yanında olub, sonra o gedəndən 2 saat sonra yerə yıxılıb. Başında hematoma yaranıb. Ona görə biz ölümün necə olduğunu bilmək istəyirik. Epikrizdə çox şeyi bilmək olmur, niyə bu kişi yerə yıxılıb, niyə başında hematoma yaranıb? Xəstəxanada niyə həmin vaxt heç kim olmayıb onun yanında?"