vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
İNCƏSƏNƏT  
17:05 | 23 iyun 2013 | Bazar Məqaləyə 2323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan pavilyonu Venesiya Biennalesində...

...İlk 5-liyə daxil edilib

milli.az

Artfetch.com Venesiya Biennalesində Azərbaycan pavilyonunu 5 ən möhtəşəm pavilyon sırasına daxil edib. Bu barədə Heydər Əliyev Fondunun rəsmi saytında bildirilir. Məqalənin müəllifi A.J.Samuels builki sərgidə qeyri-Qərb pavilyonlarının daha böyük təəssürat doğurduğunu, orada təqdim olunan əsərlərin daha dərin əlaqələr yaratdığını, mədəni imperializmi tanıdığını, lakin sürprizlərlə ondan uzaqlaşdığını qeyd edir.

Müəllif Azərbaycan, Litva, Macarıstan, Estoniya, Livanın pavilyonlarını 5 ən möhtəşəm pavilyon kimi qeyd edir.
Azərbaycan pavilyonunda sərgilənən əsərlər içərisində Rəşad Ələkbərovun “Miniatür” və Fərid Rəsulovun “Xalçalı interyer” əsərləri daha çox diqqəti cəlb edib.
Qeyd edək ki, “Artfetch” beynəlxalq miqyasda müasir incəsənətin və onun görkəmli nümayəndələrinin tanıdılması, əsərlərin satışının təşkil olunması ilə məşğuldur.