vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
KİNO-TEATR  
14:59 | 15 yanvar 2024 | Bazar ertəsi Məqaləyə 2027 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qoldberqi kim RUHlandırdı?

34 il əvvəl çəkilən kino incisinin pərdəarxasındakı sirri

XALİDƏ

Vupi Qoldberq 1990-cı ildə çəkilmiş “Ruh” filmində ona Oskar mükafatı qazandıran rolunu oynamaq üçün Patrik Svayzın tərəfindən necə yola gətirilməsindən danışıb.

“50 Oskar Gecəsi” kitabının müəllifi Deyv Kargerə danışan aktrisa, Cerri Zakerin çəkdiyi filmdə ikinci dərəcəli Oda Mey Braun rolunu oynamağa qərar verməzdən əvvəl anlaşmalı olduğundan söz açıb: “Menecerim Ron Meyer mənə zəng edərək dedi ki, Patrik Svayz “Ruh” filmində çəkilməyə bir şərtlə razılaşıb. Əgər siz oynamasanız, Patrik bu roldan imtina edəcək. Görüşmək üçün ona və rejissora vaxt ayıra bilərsinizmi? Mənim razılığımdan sonra Patriklə tanış oldum və 40 dəqiqəlik söhbətdən sonra köhnə dostlar kimi olduq. “Mənimlə bu filmdə çəkil” xahişindən sonra mən razılığımı verdim”.

68 yaşlı aktrisa filmin bu qədər uğurlu olacağına inanmadıqlarını da etiraf edib: “Nə olacağını bilmədən “bəli” dedim. Hamımız filmə baxana qədər necə möhtəşəm bir ekran əsərində rol aldığımızı dərk etməmişdik”.

Qoldberq 2009-cu ildə vəfat edən Svayz haqqında “o, mənim üçün heyrətamiz insan idi” deyib.

Qoldberq “Ruh” filmindəki roluna görə 1991-ci ilin “Ən yaxşı ikinci rol aktrisa”sı kimi 1940-cı ildə “Küləklə Keçib” filmində çəkilən Hatti MakDanieldən 50 il sonra bu nominasiyanı qazanan ikinci qaradərili aktrisa olub.

Qoldberq bundan əvvəl 1986-cı ildə “Bənövşəyi rəng” filmi ilə Oskar mükafatına namizəd olmuşdu.