Baldvinin işi dayandırıldı
Polis və prokurorun dəlilləri “saxta” çıxdı
2021-ci ilin oktyabrında ABŞ-ın Nyu Meksiko ştatında “Rust” filminin çəkilişləri zamanı istifadə etdiyi silahla kinooperator Halyna Hatçinsi öldürən və rejissor Coel Souzanı yaralayan amerikalı aktyor Alek Baldvinə qarşı ittihamlar götürülüb. Məhkəmə zalında göz yaşlarını saxlaya bilməyən aktyor əvvəlcə vəkilini, sonra isə həyat yoldaşı Hilarianı qucaqlayıb.
İttihamların ikinci dəfə ləğv olunduğu üçün aktyorun bu cinayətlə əlaqədar bir daha mühakimə olunmayacağı məlum olub. Baldvinin vəkilləri polis və prokurorların hadisə ilə əlaqəli ola biləcək güllələri gizlətdiyini iddia edərkən, prokurorlar hadisə yerində tapıldığı iddia edilən güllələrin hadisə ilə əlaqəsi olmadığını və “Rust”un dəstində tapılan güllələrlə uyğun gəlmədiyini qeyd ediblər.
Hadisədən sonra açılan iddiada, filmin çəkiliş meydançasındakı silah və sursatlardan məsul olan Hannah Qutierrez-Rid, son aylarda “məcburi adam öldürmə” ilə günahkar bilinərək 18 ay həbs cəzasına məhkum edildi. Qutierrez-Rid bu işdə mühakimə olunan ilk şəxs olub.