
“Bizansvari metod dəyişməz qalıb”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Qələbə paradı ərəfəsində Ukrayna ordusunun ikinci dəfə Rusiya torpağına girməsi Kremldə şok yaradıb
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası iyulun 3-də Strasburqda keçiriləcək dinləmədə Gürcüstanın Rusiyaya qarşı iddiası ilə bağlı qərar çıxaracaq.
Qeyd edək ki, məhkəmə işi 2006-cı ilin payızında Gürcüstan vətəndaşlarının həbs olunması, saxlanması və Rusiya Federasiyasından kütləvi qovulması üzrə inzibati təcrübə iddiası ilə bağlıdır.
Əsas fakt və şikayətlər
2007-ci ilin mart ayının 26-da Gürcüstan hakimiyyət orqanları İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 33-cü maddəsinə (dövlətlətarası məhkəmə işləri) uyğun olaraq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət veriblər.
Şikayətdə konvensiyanın 3-сü maddəsi (işgəncə, qeyri-insani və təhqiramiz rəftarın yolverilməzliyi), 5-ci maddəsi (azadlıq və təhlükəsizlik hüququ), 8-ci maddəsi (şəxsi həyata və ailə həyatına hörmət hüququ), 13-cü maddəsi (effektiv hüquq müdafiəsi vasitələrindən istifadə), 18-ci maddəsi (hüquqların məhdudlaşdırılmasına məhdudiyyət), 1 saylı protokolun 1 və 2-ci maddələri (mülkiyyətin qorunması və təhsil hüququ), 4 saylı protokolun 4-cü maddəsi (əcnəbilərin kütləvi qovulmasının qadağan olunması), eləcə də 7 saylı protokolun 1-ci maddəsi (kütləvi qovulma zamanı prosessual təminat) üzrə iddia qaldırılıb.
İşin gedişi
2009-cu il 16 aprel dinləmələrindən sonra, həmin ilin iyunun 30-da Məhkəmə Palatası iddia ərizəsinin məqbul olduğunu təsdiqləyib. Palata işin hallarını ilkin mühakimə etmədən iddia ərizəsini 2009-cu ilin15 dekabrında Böyük Palataya təqdim edib. 2011-ci il yanvar ayının 31-dən fevralın 4-dək Strasburqda şahid dinləmələri keçirilib. Böyük Palatanın dinləmələri isə 2012-ci il iyun ayının 13-də Strasburqda, «İnsan Hüquqları binası»nda aparılıb.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İnsan Hüquqları üzrə 1950-ci il Avropa Konvensiyasının pozulmasının qarşısını almaq üçün Avropa Şurasının üzv ölkələri tərəfindən 1959-cu ildə yaradılıb.