Xolesterinin yüksək olması irsiymiş
Səviyyəni azaltmaq üçün dərman yetərli deyil
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Balıq yağının gözlənilməz təhlükəsi
Ürək xəstələrinə fərqli təsir göstərir
-
Damarlarınız təmiz olsa, ömrünüz uzanacaq...
Bunun üçün cəmi 9 şərt və 3 üsul var
-
«Sekstetik oxucu»
-
ABŞ alimləri müəyyən ediblər ki, xolesterinin səviyyəsinin yüksək olması irsi problemdir. Artıq çəkiyə meyllilik yeni səviyyəyə keçir və getdikcə daha qorxulu miqyas almaqdadır. Uşağın qanında xolesterinin səviyyəsinin yüksək olması ürək-damar sisteminin qocalmasını sürətləndirir. Bu da erkən stenokardiya, infarkt, çox böyük piylənmə riski, xolesterinin damarların divarlarına yığılmasına gətirib çıxarır. Nəticədə ömür qısalır.
Qeyd edək ki, xolesterinin səviyyəsini azaltmaq üçün təkcə dərman terapiyası yetərli deyildir. Qidalanmaya düzgün yanaşmaq, orqanizmi yükləməmək, müalicə edən həkimlə daim məsləhətləşmək lazımdır. Alimlər sağlam olmaq üçün çoxlu təzə meyvə yeməyi, yağlı yeməklərdən uzaq olmağı məsləhət görürlər (AzərTAc).