«Ailələrimizi dağıdan Rusiyanı görüm, lənətə gəlsin...»
İşğalçı ölkənin kişilərinin əksəriyyəti başqa ölkələrə gedib; elektrikin bahalaşması prosesə təkan verəcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
İşğalçı Ermənistanda ağır sosial-iqtisadi durum özünü getdikcə daha qabarıq şəkildə göstərməkdədir. Dağlıq Qarabağ məsələsində iki böyük qonşu - Türkiyə və Azərbaycanla düşmən münasibətlər, faktiki, ölkənin təcrid duruma düşməsi təbii ki, mövcud situasiyanın əsas səbəblərindəndir.
Acınacaqlı durumun ən böyük əlaməti isə Ermənistanın sürətlə boşalması, əhalinin iş qabiliyyətli kəsiminin geridönməz şəkildə ölkəni tərk eləməkdə davam eləməsidir. Ancaq bir var, bunu biz deyək, yazaq, bir də var ermənilərin öz dilindən çıxsın.
Bu xüsusda İngiltərədə yaşayan Arpi Arutyunyan ad-soyadlı publisistin armtoday.am-da getmiş məqaləsi vəziyyəti kifayət qədər obyektiv şərh edir. Ermənistan əhalisinin necə ağır şərtlər altında yaşamasını təsəvvürə gətirmək üçün məqalə əyani vəsait rolu oynaya bilər. Onun tərcüməsini təqdim edirik:
«Erməni əmək miqrantları Rusiyaya axışmaqda davam edirlər. Rusiyada qüvvəyə minən təzə qanun isə onların orada kök atmasına şərait yaradır. Yexeqnadzor erməni şəhərində evə daxil olan kimi asanca müəyyən eləmək olar ki, ailə üzvlərindən kim Rusiyada işləyir. Məsələn, Ruzanna Manasaryanın təzə hamar ekranlı televizoru var, pəncərə çərçivələrini təzəcə dəyişib. Bütün bunlar onu sübut edir ki, ailə üzvlərindən biri evə pul göndərir, hansını ki, Ermənistanda qazanmaq qeyri-mümkündür.
Manasyanın əri Rusiyanın Volqa çayı üzərindəki Samara şəhərində inşaat sektorunda fəhlə işləyir, oğlu isə Soçi yaxınlığındakı Qara dəniz sahili Adler şəhərində tikintidə çalışır.
Yexeqnadzor şəhəri paytaxt İrəvandan cənubda, onun 120 km-də yerləşir və Ermənistanlın başqa şəhərlərindən heç nə ilə fərqlənmir. Ermənistanın kişi əhalisinin əksəriyyəti başqa ölkələrdə işləyir. Dövlət Miqrasiya Xidmətinin məlumatlarına görə, hər il mövsümi işlər axtarışı ilə Rusiyaya 80-120 min insan gedir və yalnız qışda qayıdır. Bir çoxları daha çox qalırlar.
Xidmətin hesablamasına görə, 900 min - 1 milyon nəfər orada 2-3 il müddətinə qalır. Bu, əhalisi cəmi 3 milyon olan balaca ölkə üçün çox böyük rəqəmdir. Yexeqnadzor şəhərindəki Tamanitser küçəsində təkcə bir ailə qalıb ki, kişiləri Rusiyaya çıxıb getməyib.
«Son vaxtlar bizim kvartaldan 70-ə yaxın adam çıxıb gedib. İnsanlar ya öz evlərini qıfıllayıb ailəlikcə gedirlər, ya da kişilər Rusiyada iş axtarıb tapmaq üçün çıxıb gedirlər». Bunu küçənin kişisi evdə qalan yeganə qadını Vardanuş Saakyan deyir. Onun sözlərinə görə, başqalarından fərqli olaraq onun ailəsinin stabil qazancı var: oğlanlarından biri hərbçidir, ikincisi mebel fabrikində, gəlini isə xəstəxanada işləyir.
Rusiyanın apreldə qüvvəyə minən yeni qanunu keçmiş Sovet İttifaqı respublikalarında doğulan və rus dilini bilən şəxslərin Rusiya vətəndaşlığı almasının asanlaşdırılması və sürətləndirilməsini nəzərdə tutur. Ərizələrə baxılma prosesi üç ay çəkir və müraciət edən şəxsdən öz vətəndaşlığından imtina tələb edir. Bu qanun bir çox erməni analitiklərində narahatlıq yaradıb. Çünki onların qənaətincə, insanlar xaricdə daha yaxşı həyat axtardığı üçün ölkə əhalisi durmadan azalır.
Yexeqnadzorin inzibati mərkəz olduğu Vayotsdzor vilayətinin qubernatoru Edqar Kazaryanın fikrincə, miqrasiya Ermənistanı içdən yeyən «xəstəlikdir»: «Bizim vilayətdə əsasən şəhərlərin əhalisi miqrasiya edir. Çünki işsizlik problemi daha çox şəhərlərdə aktualdır. Bir vaxtlar sənaye müəssisələrinin çoxu işləyirdi. Bu gün isə yalnız avtomobillər üçün rele istehsal edən zavod fəaliyyətdədir. Vaxtilə konserv zavodu var idi, indi yoxdur».
Onun sözlərinə görə, kənd sakinləri daha təminatlıdırlar, nəinki şəhərlilər, ona görə ki, kənd təsərrüfatı ilə məşğul olmaqla gəlir əldə edirlər. Ancaq onu da əlavə edir ki, şəhər sakinləri tez-tez rayonlarda işdən imtina edirlər və Vayk şəhərində yeni mehmanxana üçün inşaatçılar axtarışının çətinliklərini qeyd edirlər.
Manaseryan isə razılaşmır və bunun qətiyyən belə olmadığını söyləyir: «Rusiyaya gedənədək mənim ərim və oğlum tikintidə işləyirdi. Ancaq onlara aylarla məvacib vermirdilər. Aldıqları pul isə bir həftənin xərclərini güclə ödəyirdi».
Həmin vilayətdə yerləşən Azatek kəndinin əhalisi sən demə, qubernatorun düşündüyü kimi, elə də yaxşı yaşamır. Kənddə qeydiyyatda olan 600 nəfərlik əhalinin böyük bir hissəsi hazırda Rusiyada yaşayır. Kəndin qadın sakini Azatek Movsisyanın əri artıq 10 ildir ki, Moskvada məskunlaşıb. O, hər ay qazandığı 1000 dollar məbləğində pulun böyük hissəsini evinə göndərir və ildə cəmi iki ay öz evində olur. «Axırıncı dəfə o gələndə evi təmir elədi, bir-iki şey aldı və çıxıb getdi. Hər gün zəng edir, ancaq axı quru zənglərlə iki oğulu tərbiyə edə bilməzsən. Çox çətindi. Ailələrimizi dağıdan Rusiyanı görüm lənətə gəlsin» - deyir Movsisyan.
Qayıtmağı üstün tutmuş Varuj Arutunyan çox nadir istisnadır. O, İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirib, Rusiyada bir il tikintidə işləyib. Onun fikirləri: «Əgər burda bizə kömək eləsələr, vergi yükünü yüngülləşdirsələr, iş üçün əlverişli şərait yaratsalar, heş bir kişi öz ailəsini qoyub Rusiyaya getməz».
Yexeqnadzorun sakini Ruzanna Manaseryan Samaradakı ərinin yanına getmək niyyətindədir. Deyir, Rusiya vətəndaşlığı ala bilsə, Ermənistan pasportundan imtina eləməyə hazırdır. «Ərim hər ay pul göndərir. Ancaq nə vaxta qədər tənha yaşayacağam. Mən də öz ailəmlə bir yerdə olmaq istəyirəm. Əlbəttə ki, insanların çıxıb getməsi kədərlidir, ancaq necə deyərlər, çörək hardadırsa, ev də ordadır», - deyə o fikrini tamamlayır».
***
Ermənistanda isə sosial-iqtisadi durumun yaxşılaşacağına, iş yerlərinin açılacağına, Qarabağa görə ölkənin düşdüyü təcrid durumdan çıxacağına hələ ki ümid yoxdur. Əksinə, avqustun 1-dən bu ölkədə elektrik enerjisinin qiyməti 10 faiz artacaq. Bu isə əksər erməni politoloqları və siyasətçilərinə görə, o sırada Ermənistan Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyanın qənaətincə, yeni emiqrasiya dalğasına təkan verəcək.